Əşiya 63:1—19
63 Ədumdan+, Bozrahdan+ çıxıbƏlvan* libaslı,Nəfis qiyafəli,Böyük qüdrətlə gələn kimdir?
«Bu Mənəm! Haqq danışan,Böyük qüdrəti ilə nicat verən».
2 Nə üçün libasın al rəngdədir,Üzümsıxanda işləyənin paltarına oxşayır?+
3 «Üzümsıxanı təkbaşına tapdamışam,Yanımda xalqlardan heç kim yox idi.
Onları qəzəblə tapdaladım,Hiddətlə ayağımın altında əzdim.+
Qanları üstümə sıçradı,Paltarım bütün bulaşdı.
4 İntiqam günü ürəyimdədir,+Qurtuluş verəcəyim kəslərin ili yetişib.
5 Yan-yörəmə baxdım, kömək edən yox idi,Məəttəl qaldım, tərəfimi tutan yox idi.
Buna görə, öz qolum zəfər gətirdi,+Qəzəbim də tərəfimdə durdu.
6 Xalqları qəzəblə tapdaladım,Onları hiddətimlə sərxoş etdim,+Qanlarını yerə axıtdım».
7 Mərhəmətdən, böyük məhəbbətdən irəli gələrək,Yehovanın bizim üçün etdiyi işlərə görə,İsrail evinə etdiyi bol yaxşılıqlara görəYehovanın xeyirxah işlərindən danışacağam,+Yehovanın həmdə layiq işlərini nəql edəcəyəm.
8 O dedi: «Həqiqətən, onlar Mənim xalqımdır, xain çıxmayacaq oğullarımdır».+
Odur ki, onlar üçün xilaskar oldu.+
9 Onlar əzab çəkəndə O da əzab çəkdi.+
Elçisi onları xilas etdi.+
Məhəbbətlə, şəfqətlə onları qurtardı,+Qədim günlərdə onları götürüb daşıdı.+
10 Amma onlar asi çıxdılar,+ Onun müqəddəs ruhunu incitdilər.+
O da onların düşməninə çevrildi,+Onlara qarşı vuruşdu.+
11 Onlar keçmiş günləri yada saldılar,Onun qulu Musanın günlərini xatırladılar.
Dedilər: «Onları sürüsünün çobanları ilə birlikdə dənizdən keçirən bəs hanı?+
Müqəddəs ruhunu onun daxilinə qoyan bəs hanı?+
12 Güclü qolunu Musanın sağ əli ilə göndərən,+Onların önündə suları yarıb+Özü üçün əbədi ad eləyən,+
13 Onları azğın suların içi ilə aparan bəs hanı?
Onlar düzəngahda çapan at kimi,Büdrəmədən getdilər.
14 Dərəyə enən mal-qara kimi,Onlar Yehovanın ruhundan dinclik tapdılar».+
Özünə əzəmətli ad qazanmaq üçünXalqını bu cür apardın.+
15 Göylərdən nəzər sal,Müqəddəs, ehtişamlı, gözəl məskənindən bax.
Hanı Sənin şövqün, qüdrətin?
Hanı mərhəmətin+, şəfqətin+?
Onları bizdən əsirgəyirsən.
16 Axı Sən bizim Atamızsan,+İbrahim bizi tanımasa da,İsrail bizi qəbul etməsə də,Ey Yehova, Sən bizim Atamızsan.
Qədimdən bəri qurtarıcımızsan.+
17 Nə üçün, ey Yehova, bizi yollarından azdırırsan?
Nə üçün ürəyimizi daşa döndərirsən ki, biz də Səndən qorxmuruq?+
Qullarının xatirinə qayıt,Sahib olduğun qəbilələrin naminə geri dön.+
18 Müqəddəs xalqın ölkəyə qısa müddət sahib oldu.
Düşmənlərimiz Sənin müqəddəs məkanını tapdaladı.+
19 Nə zamandır Sənin hakimlik etmədiyin xalqlara,Sənin adını daşımayanlara bənzəyirik.
Haşiyələr
^ Digər variant: al-qırmızı.