Ərəmya 11:1—23

  • Yəhuda əhdi pozub (1—17)

    • Allahlar şəhərlər qədər çoxdur (13)

  • Ərəmya kəsilməyə aparılan quzuya bənzədilir (18—20)

  • Yerliləri Ərəmyaya qarşı çıxır (21—23)

11  Ərəmyaya Yehovanın sözü nazil oldu:  «Qoy hər kəs bu əhdin sözlərini eşitsin! Bunları Yəhuda camaatına, Yerusəlim əhlinə söylə.  Söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Bu əhdin sözlərinə tabe olmayana lənət olsun.+  Mən bu sözləri atalarınıza onları Misirdən, dəmirəridən sobadan çıxardığım gün+ buyurmuşdum.+ Onlara demişdim: “Mənə qulaq asın, bütün əmrlərimi yerinə yetirin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olaram.+  Ata-babalarınıza süd-bal axan diyarı vermək üçün içdiyim andı yerinə yetirərəm”.+ Budur, indiyə kimi siz bu diyarda yaşayırsınız”». Onda mən dedim: «Amin, Yehova!»  Sonra Yehova mənə dedi: «Yəhuda şəhərlərində, Yerusəlim küçələrində bu sözləri car çək: “Bu əhdin sözlərini eşidin, onlara əməl edin.  Mən ata-babalarınıza onları Misirdən çıxardığım gündən bu günə qədər dönə-dönə xəbərdarlıq edib demişəm: “Mənə qulaq asın”.+  Amma onlar Məni eşitmədilər, Mənə qulaq asmadılar. İnadla qara ürəklərinə görə hərəkət etdilər.+ Əməl etməyi buyurduğum bu əhdin sözlərinə tabe olmadılar. Buna görə Mən əhddə yazılanları onların başına gətirdim”».  Sonra Yehova mənə dedi: «Yəhuda camaatı ilə Yerusəlim əhli əlbir olub. 10  Onlar sözlərimi eşitməyən əcdadlarının günahlarına qayıdıblar.+ Başqa allahlara ibadət edirlər, onlara qulluq edirlər.+ İsrail evi ilə Yəhuda evi ata-babaları ilə bağladığım əhdi pozub.+ 11  Odur ki, Yehova belə deyir: “Başlarına elə bəla gətirəcəyəm ki,+ ondan yaxa qurtara bilməyəcəklər. Məndən imdad diləyəndə onlara qulaq asmayacağam.+ 12  O zaman Yəhuda şəhərləri və Yerusəlim əhli gedib qurban gətirdikləri allahlardan imdad diləyəcəklər,+ amma bu allahlar heç cür onları bəladan qurtarmayacaqlar. 13  Ey Yəhuda, allahlarının sayı şəhərlərinin sayına çatıb. O iyrənc şeyə, Baala qurban gətirmək üçün Yerusəlimin küçələri qədər qurbangah düzəltmisən”.+ 14  Sən isə, bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə.+ Başlarına bəla gələndə Mənə fəryad edəcəklər, amma Mən onlara qulaq asmayacağam. 15  Əziz xalqımın Mənim evimdə nə işi var?Gör onun arasında nə qədər insan fitnə-fəsad qurur. Gətirdikləri qurbanlarla sənin üstünə gələn bəlanı sovuşdura biləcəklər? Həmin vaxt öyünə biləcəksən? 16  Bir vaxtlar Yehova sənə qollu-budaqlı,Meyvəsi dadlı, gözəl zeytun ağacı deyirdi. Amma qulaqbatıran səs gəldi, Allah ağaca od vurdu,Düşmənlər budaqlarını qırıb-tökdü. 17  Səni torpağa əkən+ ordular Allahı Yehova başına bəla gətirməyi qət edib. Çünki İsrail evi və Yəhuda evi mənfur işlər görüb, Baala qurban gətirərək Məni qəzəbləndirib».+ 18  Ey Yehova, həmin vaxt onların nə etdiyini mənə göstərdin,Bunlardan məni agah etdin. 19  Mən isə kəsilməyə aparılan fağır quzu kimi idim. Mənə qəsd qurduqlarından bixəbər idim,+ Deyirdilər: «Gəlin ağacı meyvələri ilə birgə məhv edək,Onu işıqlı dünyadan* yox edək,Adı bir də anılmasın». 20  Amma ordular Allahı Yehova ədalətlə hökm edir.İnsanın ən gizli fikirlərini*, ürəyini yoxlayır.+ Qoy onlardan alacağın intiqamı görüm,Çünki işimi Sənə tapşırmışam. 21  Buna görə də Yehova canımı almaq istəyənlərə, «Yehovanın adı ilə peyğəmbərlik etmə,+ yoxsa əlimizdə ölərsən» deyən ənatutluların+ əleyhinə belə deyir: 22  «Onlarla haqq-hesab çəkəcəyəm, — ordular Allahı Yehova bəyan edir, — cavanları qılıncdan keçiriləcək,+ oğulları, qızları acından öləcək.+ 23  Heç kim sağ qalmayacaq. Ənatutlularla+ haqq-hesab çəkəcəyim il onların başına bəla gətirəcəyəm».

Haşiyələr

Hərfən: dirilər ölkəsindən.
Yaxud ən dərin duyğularını. Hərfən: böyrəklərini.