Ərəmya 16:1—21

  • Ərəmya subay qalmalıdır (1—9)

  • Cəza və lütf (10—21)

16  Mənə yenə Yehovanın sözü nazil oldu:  «Arvad alma, bu yerdə oğlun, qızın olmasın.  Yehova burada doğulan oğul və qızlar barədə, bu diyarda onları doğan analar, əkən atalar barədə belə deyir:  “Onlar ölümcül xəstəlikdən öləcəklər,+ amma heç kim yas tutub onları ağlamayacaq. Onlar torpağın üstündə peyin kimi olacaqlar.+ Qılıncdan, aclıqdan həlak olacaqlar.+ Meyitləri quşlara, heyvanlara yem olacaq”.   Yehova belə deyir: “Yas məclisinə getmə. Ağlamaq, başsağlığı vermək üçün o evə girmə.+ Bu xalqdan sülhümü götürmüşəm,Lütfümü, mərhəmətimi kəsmişəm”.+ Yehova belə bəyan edir.   “Bu ölkədə böyüklü-kiçikli hamı öləcək. Onları basdırmayacaqlar. Heç kim onlar üçün sinə döyüb ağlamayacaq,Bədəninə yara vurmayacaq, başını keçəl etməyəcək*.   Bir kimsə ölünü ağlayanları ovundurmayacaq,Onlara çörək verməyəcək. Heç kim atasını, anasını itirənlərəTəsəlli camını içirməyəcək.   Şadlıqlara da getmə,Orada yeyib-içmə”.  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Sizin günlərinizdə, gözləriniz önündə bu yerdən sevinc, şadlıq harayını, bəy-gəlin səsini kəsəcəyəm”.+ 10  Xalqa bu sözləri deyəndə onlar soruşacaqlar: “Nə üçün Yehova başımıza bu böyük fəlakəti gətirəcəyini deyir? Allahımız Yehovanın qarşısında təqsirimiz nədir? Axı nə günahın yiyəsiyik?”+ 11  Onlara deyərsən: “Çünki ata-babalarınız Məni tərk etdi,+ — bəyan edir Yehova. — Onlar başqa allahlara ibadət etdi, onlara qulluq edib səcdə qıldı.+ Məndən isə üz döndərdilər, qanunuma əməl etmədilər.+ 12  Siz isə ata-babalarınızdan da beşbetər oldunuz.+ Mənə itaət etmək əvəzinə, inadla öz qara ürəyinizə görə hərəkət etdiniz.+ 13  Sizi bu diyardan götürüb nə özünüzün, nə də ata-babalarınız tanımadığı torpağa atacağam.+ Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz,+ çünki Mən sizə lütf göstərməyəcəyəm”. 14  Yehova bəyan edir: “Lakin gün gələcək, artıq heç kim: “İsrail xalqını Misirdən çıxaran Yehovaya and olsun” deməyəcək,+ 15  “İsrail xalqını şimal diyarından və səpələdiyi bütün ölkələrdən çıxaran Yehovaya and olsun” deyəcək. Mən onları ata-babalarına verdiyim torpağa geri qaytaracağam”.+ 16  Yehova bəyan edir: “Çoxlu balıqçı çağıracağam,Onları tutacaqlar. Sonra çoxlu ovçu çağıracağam,Hər dağda, hər təpədə,Qaya oyuqlarında onları ovlayacaqlar. 17  Çünki bütün əməllərini görürəm. Onlar Məndən gizlənə bilmədilər,Təqsirləri gözlərimdən yayınmadı. 18  İlk olaraq, təqsirlərinin, günahlarının əvəzini bütünlüklə qabaqlarına çıxaracağam,+Çünki iyrənc bütlərinin cansız surətləri ilə ölkəmi murdarlayıblar. İrsimi mənfur bütlərlə doldurublar”».+ 19  Ey mənim qüdrətim, ey mənim qalam Yehova,Dar gündə sığındığım pənahgahım.+ Dünyanın hər guşəsindən xalqlar Sənin hüzuruna gələcək. Deyəcəklər: «Ata-babalarımız yalanı,Puçluğu, yararsız, boş şeyləri miras alıblar».+ 20  İnsan da allahlar düzəldə bilər? Axı düzəltdiyi əslində allah deyil.+ 21  «Ona görə də Özümü onlara tanıdacağam,Bu dəfə onlara gücümü, qüdrətimi göstərəcəyəm. Biləcəklər ki, Mənim adım Yehovadır».

Haşiyələr

Bütpərəstlərin yas ayinləri. Görünür, dönük israillilər bunları icra edirdilər.