Ərəmya 22:1—30
22 Yehova belə deyir: «Yəhuda padşahının sarayına get və bu xəbəri ona çatdır.
2 Ona de: “Ey Davudun taxtında oturan Yəhuda padşahı! Sən də, bu darvazalardan girən əyanların da, xalqın da Yehovanın sözünü dinləyin.
3 Yehova belə deyir: “Haqq-ədalətlə, salehliklə davranın. Qəsb olunanı soyğunçunun əlindən qurtarın. Qəribə haqsızlıq etməyin, yetimə, dula xələl yetirməyin.+ Bu yerdə günahsız qan tökməyin.+
4 Əgər bu əmrə cidd-cəhdlə əməl etsəniz, onda Davudun taxtında oturan+ padşahlar arabalarda, at belində bu evin darvazalarından içəri girəcək, padşahlar da, əyanlar da, xalq da”.+
5 Yehova bəyan edir: “Yox əgər siz bu sözlərə tabe olmasanız, varlığıma and olsun, bu ev xaraba qalacaq”.+
6 Yehova Yəhuda padşahının evi barədə belə deyir:
“Sən Mənim üçün Gilad kimisən,Livandakı dağın zirvəsinə bənzəyirsən.
Amma səni səhralığa çevirəcəyəm,Bütün şəhərlərin sakinsiz qalacaq.+
7 Sənə qarşı basqınçılar qaldıracağam,Hamısının əlində silah olacaq.+
Onlar sənin ən gözəl sidrlərini kəsəcək,Onları oda atacaq.+
8 Çoxlu xalqlar bu şəhərin yanından keçəcək, bir-birindən soruşacaqlar: “Nə üçün Yehova bu böyük şəhərin başına bunları gətirdi?”+
9 Sonra cavab verəcəklər: “Çünki Allahları Yehovanın əhdini pozdular, başqa allahlara səcdə qılıb qulluq etdilər”.+
10 Ölü üçün ağlamayın,Onun üçün yas tutmayın.
Sürgünə gedən üçün acı-acı ağlayın,Çünki o, bir də geri qayıtmayacaq, doğulduğu yeri görməyəcək.
11 Çünki atasının yerinə taxta oturan+ və bu yerdən gedən Yəhuda padşahı Yuşiyyə oğlu Səllum*+ barədə Yehova belə deyir: “O, bir daha geri qayıtmayacaq.
12 Əsir aparıldığı ölkədə öləcək, bir də bu diyarı görməyəcək”.+
13 Vay o adamın halına ki,Evini haqsızlıqla, yuxarı otaqlarını ədalətsizliklə tikir,Soydaşını müftə işlədir,Ona haqqını vermir.+
14 “Özüm üçün imarət tikəcəyəm,Yuxarı otaqları geniş olacaq,
Pəncərələr qoyacağam,Evi sidrlə örtəcəyəm, üstünü qırmızı rənglə rəngləyəcəyəm”, — deyir.
15 Hamıdan çox sidr ağacları işlədirsən deyə, bundan sonra da səltənət sürəcəksən?
Atan da yeyirdi, içirdi,Amma haqq-ədalətlə davranırdı,+İşləri də yaxşı gedirdi.
16 O, məzlumun, kasıbın haqqını müdafiə edirdi,Buna görə işləri uğurlu olurdu.
“Məgər Məni tanımaq bu deyil?” — bəyan edir Yehova.
17 “Amma sənin ürəyin, gözün haram qazancda,Günahsız qan tökməkdə,Soyğunçuluqda, qəsbkarlıqdadır”.
18 Yehova Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakim+ barədə belə deyir:“Onu “vay qardaşım, vay bacım”,
Deyib ağlamayacaqlar.
“Vay hökmdar, vay əlahəzrət”,
Deyib yas tutmayacaqlar.
19 Onu sürüyübYerusəlim darvazalarından kənara atacaqlar,+Eşşək kimi basdıracaqlar”.+
20 Ey Yəhuda, Livana qalxıb ah-nalə et,Başanda nalə çək,Abarimdən fəryad qopar.+Çünki aşiqlərin məhv oldu.+
21 Əmin-amanlıqda olanda səninlə danışdım.
Amma dedin: “İtaət etməyəcəyəm”.+
Sən gəncliyindən beləsən,Mənə qulaq asmırsan.+
22 Yel çobanlarını qabağına qatıb aparacaq,+Aşiqlərin əsir gedəcək.
Başına gələn fəlakətə görə xəcalət çəkəcəksən, rəzil olacaqsan.
23 Ey Livanda məskən salan,+Sidr ağacları arasında yuva quran,+Hamilə qadıntək səni sancı tutanda,Doğuş ağrısı çəkəndə ah-zar edəcəksən.+
24 Yehova bəyan edir: “Ey Yəhuda padşahı Yəhyakim+ oğlu Künyah*+, varlığıma and olsun ki, sən Mənim sağ əlimdə möhür üzüyü olsaydın belə, səni çıxarıb atardım.
25 Səni canının qəsdinə duranlara, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və kəldanilərə təslim edəcəyəm.+
26 Səni də, səni doğan qadını da doğulmadığınız ölkəyə atacağam, orada öləcəksiniz.
27 Həsrətini çəkdiyiniz ölkəni bir də görməyəcəksiniz.+
28 Məgər Künyah adlanan bu adam heç kimə lazım olmayan sınıq küpdür?
Heç kimin bəyənmədiyi qabdır?
Axı niyə onu, övladlarını götürübTanımadıqları ölkəyə atırlar?”+
29 Ey dünya, Yehovanın sözünü eşit, ey dünya, ey dünya, eşit!
30 Yehova deyir:
“Bu adamı övladsız,Ömrü boyu uğur qazanmayan adam kimi qeydə alın.
Çünki onun nəslindən heç kim Davudun taxtında oturmayacaq,Bir də Yəhudada səltənət sürməyəcək”».+