Ərəmya 41:1—18

  • İsmayıl Qədalini qətlə yetirir (1—10)

  • İsmayıl Yuhənnadan qaçır (11—18)

41  Yeddinci ayda padşah nəslindən və padşahın baş məmurlarından olan Əlşama oğlu Nəsəniyyənin oğlu İsmayıl+ on nəfərlə birgə Mispaha Əxiqəm oğlu Qədalinin yanına gəldi.+ Mispahda bir yerdə yemək yeyəndə  Nəsəniyyə oğlu İsmayılla yanındakı on adam ayağa qalxıb Şafan oğlu Əxiqəmin oğlu Qədalini qılıncla vurdu. Beləcə, o, Babil padşahının ölkənin üzərinə qoyduğu adamı öldürdü.  İsmayıl həmçinin Mispahda Qədalinin yanında olan bütün yəhudiləri və oradakı kəldani döyüşçüləri öldürdü.  Qədalinin ölümünün ikinci günü, hələ bundan heç kəs xəbər tutmamış,  Sihamdan+, Şilodan+ və Səməriyyədən+ saqqalı qırxılmış, yaxaları cırıq, bədənlərini yaralamış,+ əllərində Yehovanın evi üçün taxıl təqdiməsi və kündür+ olan səksən nəfər adam gəldi.  Nəsəniyyə oğlu İsmayıl onları qarşılamaq üçün Mispahdan çıxdı. O gedə-gedə ağlayırdı. İsmayıl onları qarşılayıb dedi: «Əxiqəm oğlu Qədalinin yanına gəlin».  Amma şəhərə girəndə Nəsəniyyə oğlu İsmayıl yanındakı adamlarla onları öldürüb quyuya atdı.  Onlardan on nəfər isə İsmayıla dedi: «Bizi öldürmə, çöldə gizli saxlanan buğdamız, arpamız, yağımız, balımız var». Onda İsmayıl fikrindən döndü, onları soydaşları ilə birgə öldürmədi.  İsmayıl öldürdüyü adamların meyitini böyük bir quyuya atdı. O quyunu Asa padşah İsrail padşahı Başa+ onu təhdid edəndə qazmışdı. Məhz bu quyunu Nəsəniyyə oğlu İsmayıl meyitlərlə doldurdu. 10  İsmayıl keşikçibaşı Nəbuzardanın Əxiqəm oğlu Qədalinin tabeliyinə verdiyi+ Mispahdakı xalqı+ — padşahın qızlarını və Mispahda qalan camaatı əsir apardı. Nəsəniyyə oğlu İsmayıl onları əsir götürüb əmunilər tərəfə keçmək üçün yola düşdü.+ 11  Qəryah oğlu Yuhənna+ və onunla olan sərkərdələr Nəsəniyyə oğlu İsmayılın törətdiyi əməllər barədə eşitdilər. 12  Bütün adamlarını toplayıb Nəsəniyyə oğlu İsmayılla döyüşməyə getdilər. Onu Gibyondakı bol suların* yanında tapdılar. 13  İsmayılın yanındakı camaat Qəryah oğlu Yuhənnanı və onunla olan sərkərdələri görəndə sevindi. 14  İsmayılın Mispahdan+ əsir götürdüyü adamlar dönüb Qəryah oğlu Yuhənna ilə geri qayıtdılar. 15  Nəsəniyyə oğlu İsmayıl isə yanındakı səkkiz adamla birgə Yuhənnadan qaçıb-qurtuldu və əmunilərin yanına getdi. 16  Qəryah oğlu Yuhənna və yanındakı sərkərdələr Nəsəniyyə oğlu İsmayılın Əxiqəm oğlu Qədalini öldürəndən sonra+ Mispahdan əsir götürdüyü camaatı onun əlindən xilas edib Gibyondan geri gətirdilər. Əsirlərin arasında kişilər, qadınlar, uşaqlar, döyüşçülər, saray məmurları var idi. 17  Beləcə, onlar Misirə getmək üçün yola çıxdılar+ və gəlib Beytləhmin+ yanında yerləşən Kimhamda gecələdilər. 18  Onlar kəldanilərin qorxusundan Misirə üz tutmuşdular. Çünki Nəsəniyyə oğlu İsmayıl Babil padşahının ölkənin üzərinə qoyduğu Əxiqəm oğlu Qədalini öldürmüşdü.+

Haşiyələr

Digər variant: böyük hovuzun.