Ərəmya 45:1—5
-
Yehovanın Bəruxa sözü (1—5)
45 Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Nuryah oğlu Bərux+ Ərəmya peyğəmbərin diktəsilə tumara bu sözləri yazarkən+ Ərəmya ona dedi:
2 «Ey Bərux, İsrailin Allahı Yehova sənin haqqında belə deyir:
3 “Sən deyirsən: “Vay halıma, Yehova dərdimə dərd qatıb! İnləməkdən yorulmuşam, rahatlıq tapmıram”.
4 Ona söylə ki, Yehova belə deyir: “Mən bütün ölkəni — tikdiyimi dağıdıram, əkdiyimi qopardıram.+
5 Sənsə özün üçün böyük şeylər arzulayırsan. Arzulama”.
“Mən bütün canlıların* üstünə bəla gətirəcəyəm,+ — bəyan edir Yehova, — amma sən hara getsən, həyatını sənə bağışlayacağam”».+
Haşiyələr
^ Yaxud insanların.