Ərəmya 46:1—28

  • Misir barədə peyğəmbərlik (1—26)

    • Navuxodonosor Misiri tutacaq (13, 26)

  • İsrailə vədlər (27, 28)

46  Yehovadan Ərəmya peyğəmbərə xalqlar barədə söz nazil oldu.+  Misir+ barədə, Fərat çayının kənarında olan, Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Babil padşahı Navuxodonosorun Karxemişdə məğlub etdiyi firon Nehonun+ ordusu ilə bağlı bu söz nazil oldu:   «Kiçik, böyük qalxanlarınızı hazırlayın,Döyüşə atılın.   Ey süvarilər, atları yəhərləyin, minin. Dəbilqənizi taxıb yerinizi tutun. Nizələrinizi itiləyin, zirehinizi geyinin.   “Bu nədir görürəm? Onlar dəhşət içində geri çəkilirlər, döyüşçülər darmadağın olublar. Təlaş içində qaçırlar, döyüşçülər arxaya da baxmırlar. Hər yanı dəhşət bürüyüb”, — bəyan edir Yehova.   “Ayaqdan iti olanlar qaça bilmir, döyüşçülər canını qurtara bilmir. Şimalda Fərat çayının kənarındaBüdrəyib yıxıldılar”.+   Nil kimi qalxan,Gursulu çaylar kimi coşan bu kimdir belə?   Nil kimi qalxan,Gursulu çaylar kimi coşan Misirdir.+O deyir: “Qalxıb yer üzünü basacağam. Şəhəri, sakinlərini məhv edəcəyəm”.   Şahə qalxın, ey atlar! Dəli kimi sürün, ey arabalar! Əlində nizə tutan Kuş, Put döyüşçüləri,+Ox oynadıb kaman gərən Ludim+ döyüşçüləri+İrəli getsin! 10  O gün Külli-İxtiyarın, ordular Allahı Yehovanın günüdür. O, həmin gün düşmənlərindən qisas alacaq. Qılınc onları yeyib-doyacaq, qanlarını içib susuzluğunu yatıracaq. Çünki Külli-İxtiyar, ordular Allahı Yehova şimalda Fərat çayının kənarında qurban kəsəcək.+ 11  Ey bakirə Misir qızı,Gilada qalxıb oradan balzam al.+ Nahaq yerə məlhəmlərini artırdın,Onsuz da dərdinə əlac yoxdur.+ 12  Xalqlar sənin rüsvayçılığından xəbər tutdu,+Fəryadın ölkəni bürüyüb. Çünki döyüşçülər bir-birinə ilişib yıxılırlar». 13  Babil padşahı Navuxodonosorun gəlib Misiri darmadağın edəcəyi barədə Ərəmya peyğəmbərə Yehovadan nazil olan söz budur:+ 14  «Bunu Misirdə bəyan edin, Miqdolda+ car çəkin. Nofda, Təfnisdə+ elan edin. Deyin: “Yerinizi tutun, hazırlaşın,Qılınc yan-yörənizdə olan hər şeyi yeyib-bitirəcək. 15  Niyə güclü adamlarınız yox oldu? Onlar yerlərində dura bilmədilər,Yehova onları itələyib yıxdı. 16  Çoxlu adam büdrəyir, yıxılır. Bir-birinə deyir: “Dur, amansız qılıncın əlindən qaçıbYurdumuza, xalqımızın yanına qayıdaq”. 17  Orada car çəkirlər:“Misir hökmdarı firon yalandan guruldayır,O, fürsəti fövtə verdi”.+ 18  Adı ordular Allahı Yehova olan hökmdar bəyan edir: “Varlığıma and olsun,Tabur+ dağlar arasında,Karmel+ dəniz sahilində necə görünürsə, o* da o cür gələcək. 19  Ey Misirdə yaşayan qız,Əsirliyə getmək üçün boğçanı yığ, Çünki Nof dəhşətli hala düşəcək,Ona od vurub yandıracaqlar*, sakinsiz qoyacaqlar.+ 20  Misir gözəl düyəyə oxşayır,Amma şimaldan üstünə mozalan gələcək. 21  Muzdlu əsgərləri kök danaya oxşayır,Amma onlar da çevrilib qaçdılar. Yerlərində dura bilmədilər.+ Çünki onları fəlakət günü,Haqq-hesab günü haqlayıb”. 22  “O, qıvrılan ilan kimi fışıldayır,Çünki ağac kəsənlər kimi balta ilə,Böyük qüvvə ilə onun ardınca gəlirlər. 23  Keçilməz görünsə də, meşəsini qıracaqlar, — bəyan edir Yehova. Çünki onlar çəyirtkələrdən də çoxdurlar, saya-hesaba gəlmirlər. 24  Misir qızı rüsvay olacaq. Şimal xalqının əlinə veriləcək”.+ 25  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “İndi No*+ şəhərinin Amununa+, firona, Misirə, onun allahlarına,+ padşahlarına nəzər salacağam ki, onları cəzalandırım. Bəli, fironu və ona güvənənlərinin hamısını+ cəzalandırıram”. 26  “Onları canlarının qəsdinə duranlara, Babil padşahı Navuxodonosora və onun xidmətçilərinə təslim edəcəyəm.+ Amma bundan sonra əvvəlki kimi orada məskən salıb yaşayacaqlar”,+ — bəyan edir Yehova. 27  “Sən isə, qulum Yaqub, qorxma,Dəhşətə gəlmə, ey İsrail.+ Mən səni uzaq diyarlardan,Övladlarını əsarətdə olduqları ölkədən qurtaracağam.+ Yaqub geri qayıdacaq, dinc, arxayın yaşayacaq,Onu hürküdən olmayacaq.+ 28  Qorxma, ey qulum Yaqub, Mən səninləyəm, — bəyan edir Yehova. Səni aralarına səpələdiyim xalqları məhv edəcəyəm,+Səni isə məhv etməyəcəyəm.+ Səni lazımi ölçüdə islah edəcəyəm,+Cəzasız buraxmayacağam”».

Haşiyələr

Yəni Misiri fəth edən.
Digər variant: onu viranə qoyacaqlar.
Fiva.