Ərəmya 6:1—30
6 Ey Binyamin oğulları, sığınacaq tapın, Yerusəlimdən qaçın.
Təquhda+ şeypur çalın.+
Beyt-Həkarimdə odla işarə verin!
Çünki şimaldan bəla, müsibət gəlir.+
2 Sion qızı gözəl, incə qadına oxşayır.+
3 Çobanlar sürülərlə gələcək.
Hər tərəfində çadırlarını quracaq,+Hər biri öz sürüsünü otaracaq.+
4 «Şəhərlə döyüşə hazırlaşın!
Qalxın, günün günorta çağı ona hücum edək!»
«Vay halımıza, gün qüruba enir,Axşam kölgələri uzanır!»
5 «Qalxın, gecə vaxtı hücuma keçək,İstehkamlı bürcləri dağıdaq».+
6 Çünki ordular Allahı Yehova deyir:
«Ağac kəsin, Yerusəlimin ətrafında mühasirə bəndi qurun.+
Bu şəhərdən haqq-hesab tələb etmək lazımdır,Ora zülmlə, zillətlə doludur.+
7 Quyudan sərin su çıxdığı kimi,Şəhərdən də pislik çıxır.
Oradan zorakılıq, məhv səsləri gəlir,+Gözüm ancaq xəstəlik, bəla görür.
8 Düzəl, ey Yerusəlim, yoxsa səndən iyrənib üz döndərərəm,+Səni ins-cins olmayan xarabaya çevirərəm».+
9 Ordular Allahı Yehova deyir:
«İsraildə sağ qalanlar tənəkdə qalan salxımlar kimi, yığılacaq.
Sən üzümyığan kimi əlini tənəyə uzat».
10 «Kiminlə danışım, kimə xəbərdarlıq edim?
Kim qulaq asacaq?
Qulaqları tıxanıb, eşitmirlər.+
Yehovanın sözünü saymırlar,+Onu bəyənmirlər.
11 Odur ki, içim Yehovanın qəzəbilə doludur,Onu saxlamaqdan yorulmuşam».+
«Onu küçədəki uşaqların,Bir yerə toplaşmış cavan-cahılın üstünə tök.+
Ər də, arvad da, yaşlı da, qoca da,Hər kəs ələ keçəcək.+
12 Evləri, tarlaları, arvadlarıBaşqasının olacaq.+
Çünki əlimi bu ölkənin sakinlərinə qarşı qaldırıram», — bəyan edir Yehova.
13 «Rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+
14 Xalqımın yarasını üzdən müalicə edirlər,Sülh olmaya-olmaya“Sülh! Sülh!” deyirlər.+
15 Gör heç iyrənc əməllərinə görə utanırlar?
Onlar utanmazdır,Utanmaq nədir bilmirlər.+
Buna görə onlar da yıxılanlar arasında olacaqlar.
Mən onları cəzalandıranda büdrəyəcəklər», — deyir Yehova.
16 Yehovanın sözü budur:
«Yolayrıcında durub baxın,Qədim yolları soruşun,Öyrənin görün düz yol hansıdır, o yolla gedin,+Dinclik tapın».
Onlarsa deyirlər: «O yolla getməyəcəyik».+
17 «Gözətçilər qoydum.+
Gözətçilər: “Şeypur səsinə qulaq asın!” dedilər».+
Xalq isə: «Qulaq asmayacağıq» dedi.+
18 «Odur ki, dinləyin, ey xalqlar!
Bil, ey qövm,Onların başına nə gələcək.
19 Eşit, ey dünya!
Bu xalqın başına fəlakət gətirəcəyəm,+Fitnələrinin bəhrəsini biçəcəklər.
Çünki sözlərimə məhəl qoymadılar,Qanunumu rədd etdilər».
20 «Səbadan gətirdiyiniz kündür,Uzaq diyardan gətirdiyiniz ətirli qamış nəyimə lazımdır?
Yandırma qurbanlarınızı qəbul etmirəm,Qurbanlarınız Mənə xoş deyil».+
21 Buna görə Yehova belə deyir:
«Bu xalqın yoluna daş-kəsək qoyuram,Ata, oğul,Qonum-qonşu,Hər kəs büdrəyəcək,Həlak olacaq».+
22 Yehova belə deyir:
«Budur, şimal torpağından bir xalq gəlir.
Dünyanın ən ucqar yerlərindən böyük bir xalq ayağa qalxır.+
23 Əllərində yay-kaman, mizraq var,Qəddardırlar, rəhmsizdirlər.
Dəniz kimi uğuldayırlar,Atlara süvar olublar.+
Ey Sion qızı, bir nəfər kimi qarşında səf qurublar».
24 Bu xəbəri eşitdik,Əlimiz yanımıza düşdü,+Doğan qadın kimi bizi sancı tutdu,Əzab içindəyik.+
25 Tarlaya getmə,Küçədə gəzmə,Çünki düşmən qılınc tutub,Hər tərəfi dəhşət bürüyüb.
26 Ey mənim xalqım,Çul geyin,+ kül içində qıvrıl,Yeganə oğluna yas tuturmuş kimi acı-acı ağla,+Çünki qatil üstümüzə qəfil gələcək.+
27 «Səni* xalqımın arasına qoydum ki, onları gümüştək yoxlayasan,Yaxşı-yaxşı sınaqdan keçirəsən.
Sən onlara nəzər salıb əməllərini sına.
28 Onlar tərsdir, inadkardır.+
Orada-burada gəzib şayiə yayırlar,+Misə, dəmirə bənzəyirlər.
Hamısı pozğundur.
29 Körüklər yanıb,Oddan yalnız qurğuşun çıxır.
Usta ha əlləşib-vuruşur, onları saflaşdıra bilmir,+Pis adamlar ayrılmır.+
30 Onlara “atılmış gümüş” deyəcəklər,Çünki Yehova onları rədd edib».+
Haşiyələr
^ Yəni Ərəmyanı.