Ərəmya 9:1—26

  • Ərəmya qəm çəkir (1—3a)

  • Yehova Yəhuda ilə haqq-hesab çəkir (3b—16)

  • Yəhudaya görə mərsiyə (17—22)

  • Yehovanı tanımaqla öyünmək (23—26)

9  Kaş başım bulaq olaydı,Gözlərim çeşmə!+ Gecə-gündüz xalqımın ölüləri üçünGöz yaşı tökərdim.   Kaş səyyahlar kimi səhrada sığınacağım olaydı. Onda xalqımdan ayrılardım, çıxıb gedərdim.Çünki hamı zinakardır,+Xəyanətkarlar dəstəsidir.   Dillərini kaman kimi gərirlər.Ölkədə sədaqət yox, yalan hökm sürür.+ «Get-gedə lap pozulurlar,Mənə məhəl qoymurlar»,+ — bəyan edir Yehova.   «Qoy hər kəs qonşusundan ehtiyat etsin,Heç qardaşına da etibar etməsin. Çünki qardaş qardaşa badalaq gəlir,+Qonşu qonşuya böhtan atır.+   Hər kəs qonşusuna kələk gəlir,Düz danışan yoxdur. Dilləri yalana öyrəşib.+ Pis iş görməkdən heyləri qalmayıb.   Sən xainlər içində yaşayırsan. Onlar xainlik etdi, Məni tanımadı», — bəyan edir Yehova.   Odur ki, ordular Allahı Yehova belə deyir: «Onları əridib sınayacağam.+Xalqımla başqa cür necə davranım?   Dilləri öldürücü oxdur, yalan saçır. Qonşu ilə dildə şirin-şirin danışırlar,Ürəklərində isə tələ qururlar».   «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim? Belə bir xalqdan intiqamımı almayımmı? — bəyan edir Yehova.+ 10  Dağlardan ötrü ağlayıb nalə çəkəcəyəm,Çöldəki örüşlər üçün ağı oxuyacağam.O yerlərə od vurublar, oradan heç kim keçmir,Mal-heyvan səsi eşidilmir. Quşlar uçub, heyvanlar qaçıb, hər yan bomboşdur.+ 11  Yerusəlimi daş qalaqlarına,+ çaqqal yuvasına döndərəcəyəm,+Yəhuda şəhərlərini kimsəsiz, xaraba qoyacağam.+ 12  Bunu anlamağa kimin hikməti çatar? Yehova bunu kimə deyib ki, o da car çəksin? Nə üçün ölkə viran qalıb? Nə üçün yanıb çöllüyə dönüb?Oradan keçib-gedən yoxdur». 13  Yehova cavab verdi: «Ona görə ki, xalq onlara verdiyim qanunu rədd edib, ona əməl etmir, sözümü eşitmir. 14  Onlar inad edib ürəkləri istəyən kimi hərəkət edir,+ atalarının öyrətdiyi kimi, Baal bütlərinə sitayiş edirlər.+ 15  Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu xalqa acı yovşan yedirəcəyəm, zəhərli su içirəcəyəm.+ 16  Onları özlərinin, atalarının tanımadığı xalqların arasına səpələyəcəyəm.+ Arxalarınca qılınc göndərib hamısını qıracağam”.+ 17  Ordular Allahı Yehova belə deyir:“Ağılla hərəkət edin. Qadın mərsiyəxanları çağırın,+Adam göndərin, ağı deyən qadınlar gəlsin. 18  Qoy tələssinlər, bizə mərsiyə oxusunlar.Gözlərimizdən yaşlar axsın,Kirpiyimizdən su süzülsün.+ 19  Siondan mərsiyə eşidilir:+ “Nə günlərə qaldıq! Necə rüsvay olduq! Yurdumuzdan didərgin düşdük, ev-eşiyimizi xaraba qoydular”.+ 20  Ey qadınlar, Yehovanın sözünü dinləyin. Onun sözlərinə qulaq verin. Bir-birinizə bu ağını öyrədin,Qızlarınıza bu mərsiyəni öyrədin.+ 21  Ölüm dırmaşıb pəncərədən girdi,Qalalarımıza soxuldu,Küçələrdən uşaqları,Meydanlardan cavanları aparmağa gəldi”.+ 22  De ki, Yehova belə bəyan edir: “Cəsədlər torpağın üstündə peyin olacaq,Biçinçinin biçib qoyduğu taxıl kimi olacaqlar,Onları yığıb toplayan olmayacaq”».+ 23  Yehova belə deyir: «Qoy hikmətli hikməti ilə öyünməsin,+Qüdrətli qüdrəti ilə lovğalanmasın,Dövlətli dövləti ilə qürrələnməsin».+ 24  «Qoy öyünən bununla öyünsün ki, Məni tanıyıb bilir.+Bilir ki, Mən Yehovayam, məhəbbətlə davranıram, dünyada adil, haqq işlər görürəm.+ Çünki Mənə bunlar xoşdur»,+ — bəyan edir Yehova. 25  «Elə günlər gəlir ki, — bəyan edir Yehova, — sünnətli olduğu halda, sünnətsiz olan hər kəsdən,+ 26  Misirdən+, Yəhudadan+, Ədumdan+, Muabdan+, əmunilərdən+, gicgahlarını qırxan səhra sakinlərindən haqq-hesab tələb edəcəyəm.+ Çünki bütün bu xalqlar sünnətsizdir, bütün İsrail evinin ürəyi sünnətsizdir».+

Haşiyələr