Əyyub 19:1—29
19 Əyyub belə cavab verdi:
2 «Nə vaxtadək məni təngə gətirəcəksiniz,+Sözlərinizlə məni əzəcəksiniz?+
3 Dönə-dönə* məni qınadınız*,Utanmadan mənimlə kobud davranırsınız.+
4 Tutalım, mən səhv etmişəm,Babalı öz boynuma.
5 İndi ki özünüzü üstün tutursunuz,Aldığım tənbehə layiq olduğumu deyirsiniz,
6 Bilin ki, məni Allah çaşqınlığa salıb,O, torunu üstümə atıb, məni ovlayıb.
7 “Zülm!” — deyə fəryad edirəm, hay verən yoxdur,+İmdad diləyirəm, haqq-ədalət yoxdur.+
8 O, yoluma sədd çəkib, aşa bilmirəm,Yollarımı zülmətə bürüyüb.+
9 O, şərəfimi əlimdən alıb,Tacı başımdan götürüb.
10 O, məni hər tərəfdən yıxır ki, məhv olum,Ümidimi ağactək kökündən qoparır.
11 Mənə qarşı qəzəbi alışır,Məni özünə düşmən sanır.+
12 Orduları birləşib məni mühasirəyə alır,Çadırımın ətrafında düşərgə salır.
13 O, qardaşlarımı məndən uzaqlaşdırıb.Tanış-biliş məndən üz döndərib.+
14 Dostlarım* yoxa çıxıb,Yoldaşlarım məni unudub,+
15 Evimdəki qonaqlar+ da, qarabaşlarım da məni yad sanır,Onların gözündə yadelli olmuşam.
16 Nökərimi çağırıram, hay vermir,Dil açıb yalvarıram ki, mənə ürəyi yansın.
17 Arvadım nəfəsimdən iyrənir,+Qardaşlarım üçün üfunət olmuşam.
18 Uşaqlar da mənə xor baxır,Elə ki ayağa qalxıram, məni ələ salırlar.
19 Yaxın dostlarımın məndən zəhləsi gedir,+Əzizlərim əleyhimə çıxır.+
20 Bir dəri, bir sümük qalmışam,+Dişimin dərisi ilə qurtuluram.
21 İnsafınız olsun, ay dostlarım, mənə rəhm edin,Axı mənə Allahın əli dəyib.+
22 Niyə siz də Allah kimi məni təqib edirsiniz,+Mənə aramsız hücum edirsiniz?+
23 Kaş sözlərim qələmə alınaydı,Kaş onlar kitaba yazılaydı!
24 Dəmir qələmlə, qurğuşunlaQayaya həkk olunub əbədi qalaydı!
25 Mən bilirəm ki, xilaskarım+ yaşayır,O, sonra gələcək, gəlib yerin üzərinə qalxacaq.
26 Dərim beləcə yox olandan sonra,Hələ sağ ikən Allahı görəcəyəm,
27 Onu görəcəyəm,Onu mənim gözlərim görəcək, başqasının yox!+
Ruhum təlatüm içindədir.
28 Çünki siz: “Biz ona zülm edirik?” — deyirsiniz,+
Sanki, bu zillətə bais özüməm.
29 Qılıncdan özünüz qorxun!+Qılınc günahın üstünə cəza ilə gəlir.Bilin ki, hakim var».+