Əyyub 21:1—34
21 Əyyub belə cavab verdi:
2 «Mənə yaxşı-yaxşı qulaq asın,Onda mənə təsəlli vermiş olarsınız.
3 Bir az səbir edin, mən danışım,Sonra lağ edərsiniz.+
4 Məgər mən şikayətimi insana ərz edirəm?
Belə olsaydı, hövsələm daralmazdı?
5 Üzümə baxın, mat qalın,Əlinizi ağzınızın üstünə qoyun.
6 Bu haqda düşünəndə özümə yer tapmıram,Bütün bədənim əsir.
7 Nə üçün şər adam uzun ömür sürür,+Yaşa dolur, var-dövləti başından aşır?+
8 Övladları daim gözünün qabağındadır,Nəvə-nəticə görür.
9 Evində əmin-amanlıq var, qorxu-hürküdən uzaqdır,+Allah dəyənəyilə onu vurmur.
10 Buğası cütləşir, toxumu hədər getmir,İnəyi doğur, bala salmır.
11 Oğulları dəstə-dəstə çölə qaçır,Uşaqları atılıb-düşür.
12 Avazlarını qavalla, çənglə qoşa yüksəldirlər,Ney səsi altında şadlanırlar.+
13 Onlar firavan ömür sürür,Məzara* da rahatca enirlər.
14 Amma Allaha deyirlər: “Bizdən əl çək!
Sənin yolunu tanımaq istəmirik.+
15 Qüdrət Sahibi kimdir ki, Ona qulluq edək?+
Onu tanımaqla nə qazanacağıq?”+
16 Amma bilirəm ki, onların firavanlığı öz əllərində deyil.+
Şər adamın düşüncəsi* məndən uzaqdır.+
17 Çox görmüsünüz, pislərin çırağı sönsün?+
Bəlaya düçar olsunlar?
Xudavənd qəzəblənib onları məhv etsin?
18 Onlar nə vaxtsa küləyin qovduğu saman çöpü kimi,Qasırğanın sovurduğu çör-çöp kimi olublar?
19 Allah adamın cəzasını oğullarına saxlayacaq.
Amma qoy Xudavənd onun özünə çəkdirsin ki, o, bunu bilsin.+
20 Qoy o, məhvini öz gözləri ilə görsün,Qüdrət Sahibinin qəzəbini özü içsin.+
21 Çünki ömrünün ayları yarıda kəsilsə,+Ölüb-gedəndən sonra ona nə, övladları ilə nə olacaq?
22 Məgər kimsə Allaha bilik verə bilər?+O ki yüksəklərdə olanları mühakimə edir.+
23 Bir adam dərd-səri olmadan ölür,Bədəni gümrah,+
24 Budları yoğun,Sümükləri qüvvətli halda ölür.
25 O birisi isə dərd içində,Həyatdan kam almamış ölür.
26 İkisi də torpaqda uyuyacaq,+İkisinin də bədəninə qurdlar daraşacaq.+
27 Sizin fikirlərinizdən,Mənə yamanlıq etmək üçün* qurduğunuz fəndlərdən agaham.+
28 Deyirsiniz: “Hanı əsilzadənin evi?Hanı şər adamın çadırı, hanı onun məskəni?”+
29 Yolçulardan soraqlamadınız?
Onların müşahidəsini araşdırıb-öyrənmədiniz ki,
30 Fəlakət günündə şər adama aman verilir,Qəzəb günündə o qurtulur?
31 Kim onun hərəkətini üzünə vurar,Əməllərinin heyfini çıxar?
32 Bəli, o, qəbiristanlığa aparılacaq,Qəbrinin keşiyində duracaqlar.
33 Torpaq ona xoş olacaq.+Bütün bəşər onun ardınca gedir,+Ondan qabaq gedənlərin də sayı bilinmir.
34 Belə isə, boş təsəlliniz nəyimə gərəkdir?+
Sözləriniz başdan-başa yalandır!»