Əyyub 26:1—14
26 Əyyub belə cavab verdi:
2 «Gücsüz adama əcəb kömək etdin!
Taqətsiz qolu əcəb xilas etdin!+
3 Hikmətsiz adama necə gözəl məsləhət verdin!+
Ağıl-kamalını ortaya qoydun!
4 Bu sözləri kimə deyirsən?Kimdən təb alıb bunları deyirsən?
5 Ölümün dustaqları tir-tir titrəyir.
Onlar dənizdən, dənizdəki məxluqlardan aşağıdadır.
6 Allahın qarşısında Məzar* çılpaqdır,+Qara torpaq* açıqdır.
7 O, şimal səmasını boşluğun üzərinə sərib,+Yeri heçlikdə asıb.
8 Suları buludlarına bükür ki,+Buludlar ağırlıqdan yırtılmasın.
9 Buludları taxtının üzərinə yayaraq+Onu gözdən gizlədir.
10 Suların səthində üfüq cızır,+İşıqla qaranlıq arasında sərhəd qoyur.
11 Göyün sütunları silkələnir,Onun səsindən donub qalır.
12 O, qüvvətilə dənizi çalxalayır,+Dəniz əjdahasını* hikmətilə parça-parça edir.+
13 Nəfəsilə* göyü aydın edir,Onun əli sürünən ilanı əzir.
14 Bütün bunlar Onun işlərinin bir zərrəsidir,+Onun haqqında eşitdiyimiz zəif bir pıçıltıdır!
Bəs onda möhtəşəm gurultusunu kim anlaya bilər?»+