Əyyub 30:1—31

  • Əyyub öz halına yanır (1—31)

    • Fərsizlər ona gülür (1—15)

    • Köməksizdir (20, 21)

    • Dərim qapqara qaralıb (30)

30  Amma indi dünənki uşaqlar halıma gülür.+Vaxtilə onların atalarını sürümü qoruyan itlərin yanına qoymazdım.   Onların gücü nəyimə lazım idi? Onlarda can qalmayıb,   Yoxsulluq, aclıq taqətlərini kəsib.Viran qalmış, bərbad olmuşQuru torpağı çeynəyirlər.   Kolluqdan duzlu bitki yığırlar,Süpürgə kolunun köklərini yeyirlər.   Camaat onları el arasından qovur,+Oğru kimi üstlərinə çığırır.   Onlar dərə yamaclarında,Torpaqdakı, qayalardakı oyuqlarda yaşayırlar.   Kolluqdan qışqırırlar,Gicitkən altında bir-birinə qısılırlar.   Axmaqların, adsız-sansız adamların oğulları kimiMəmləkətdən qovulurlar.   İndi isə məni məsxərəyə qoyurlar,+Mahnı qoşub lağ edirlər.+ 10  Məndən ikrah edir, gen gəzirlər,+Çəkinmədən üzümə tüpürürlər.+ 11  Çünki Allah yaraq-yasağımı aldı, məni zəlil etdi,Onlar da qabağımda azğınlaşıblar. 12  Sağ tərəfdən dəstə ilə üstümə gəlirlər,Məni qaçaq edirlər,Yolumda ölüm sədləri qoyurlar. 13  Yolumu bərbad edirlər,Dərdimə dərd qatırlar,+Qabaqlarını alan yoxdur*. 14  Elə bil, divardakı iri yarıqdan çıxırlar,Viranəliyin ortasında peyda olurlar. 15  Dəhşət məni çulğayıb,Sanki, ləyaqətimi külək sovurub aparır,Qurtuluşum bulud kimi tez keçib-gedir. 16  Canım əldən gedir,+Qara günlər məni haqlayıb,+ 17  Gecələr ağrıdan sümüklərim deşilir,+Bədənim göynəyir, ağrı kəsilmir.+ 18  Şiddətindən paltarım korlanıb*,Yaxalıq kimi məni boğur. 19  Allah məni palçığa batırıb,Toz kimi, kül kimi olmuşam. 20  Səndən imdad diləyirəm, amma cavab vermirsən,+Durub dayanmışam, Sən isə hey mənə baxırsan. 21  Mənə qarşı rəhmsiz olmusan,+Əlinin bütün gücü ilə hücum edirsən. 22  Məni qaldırıb küləklə sovurursan,Tufanın içində çalxalayırsan*. 23  Bilirəm ki, məni ölümə,Hamının gedəcəyi evə yollayacaqsan. 24  Amma qara günündə imdad diləyən, tapdanıb-əzilmiş insana+Heç kim əl qaldırmaz. 25  Məgər mən dara düşənlər üçün ağlamırdım? Məgər kasıblardan ötrü ürəyim ağrımırdı?+ 26  Yaxşılıq gözlədiyim yerdə yamanlıq gəldi,İşıq gözləyərkən zülmət gəldi. 27  Təlatüm içindəyəm, rahatlığım yoxdur,Qara günlərlə üzləşdim. 28  Günəş şəfəq saçmır, qəm-qüssə içində gəzirəm,+ Camaat arasında qalxıb qışqırıram, imdad diləyirəm. 29  Mən çaqqallara qardaş olmuşam,Dəvəquşu+ balalarına yoldaş olmuşam. 30  Dərim qapqara qaralıb, tökülüb,+Sümüklərim istidən* yanır. 31  Çəngim ancaq ağı deyir,Neyim ağlayır.

Haşiyələr

Digər variant: heç kimdən kömək də almırlar.
Digər variant: şiddətli əzabdan görkəmim dəyişib.
Digər variant: məni əzib yox edirsən.
Digər variant: qızdırmadan.