Əyyub 35:1—16

  • Əlihu Əyyubun yanıldığını göstərir (1—16)

    • Əyyub özünü Allahdan haqlı sayır (2)

    • Allah ucalardadır, günahın Onun üzərində hökmü yoxdur (5, 6)

    • Əyyub səbirlə Allahı gözləməlidir (14)

35  Sonra Əlihu dedi:   «Yəni sən haqlı olduğuna o qədər əminsən ki,“Mən Allahdan haqlıyam”,+ — deyirsən?   “Sənin üçün nə fərqi?* Günah etsəydim, guya nəsə dəyişəcəkdi?”+ — deyirsən.   Sənə də, yanındakı yoldaşlarına+ daMən cavab verəcəyəm.   Səmaya nəzər sal,Başının üstündəki buludlara bax.+   Günah etsən, Ona nə ziyanın olar?+ Təqsirlərini çoxaltsan, Ona nə etmiş olarsan?+   Yaxud saleh olsan, Ona nə vermiş olarsan? O, səndən nə alar?+   Pisliyin ancaq özün kimi bir bəndəyə zərər vurar,Salehliyindən də bəşər oğlu xeyir görər.   İnsanlar zülm əlindən nalə çəkir,Qoluzorlunun ağalığından dad edirlər.+ 10  Yenə də heç kim demir: “Hanı Allah, hanı Ulu Yaradanım,+Hanı gecələr nəğmələr səsləndirən?”+ 11  O, yerdəki heyvanlardan çox bizi öyrədir,+Bizi göydəki quşlardan müdrik edir.+ 12  İnsanlar fəryad edir,O isə pislərin təkəbbürünə görə+ hay vermir.+ 13  Allah boş çağırışı* əsla dinləməz,+Qüdrət Sahibi ona nəzər salmaz, 14  O ki qalmışdı Onu görmədiyindən şikayətlənməyinə!+ Sənin işin Onun önündədir, səbir elə, gözlə.+ 15  Çünki O, hirslə haqq-hesab çəkməyib,Sənin bu boyda ağılsızlığına da fikir verməyib.+ 16  Əyyub isə ağzını boş-boşuna açır,Hey avam-avam danışır».+

Haşiyələr

Çox güman ki, Allaha müraciət edilir.
Yaxud yalanı.