Əyyub 8:1—22

  • Bildadın birinci nitqi (1—22)

    • Əyyubun oğlanlarının günah iş tutduğuna eyham (4)

    • «Sən doğrudan da pak adam olsaydın» (6)

    • Əyyubun «Allahsız adam» olduğuna işarə edir (13)

8  Onda şuhi+ Bildad+ sözə başladı:   «Nə vaxtacan belə danışacaqsan?+ Sözlərin şiddətli küləkdən başqa bir şey deyil!   Məgər Allah ədaləti pozar?Heç Qüdrət Sahibi salehliyi təhrif edər?   Yəqin oğulların Ona qarşı günah işləyib,O da qiyamlarına görə onları cəzaya məhkum edib.   Amma sən sadəcə Allaha sarı dönsəydin,+Qüdrət Sahibindən lütf diləsəydin,   Əgər sən doğrudan da pak, dürüst adam olsaydın,+O, sənə diqqət yetirərdi,Səni layiqli yerinə qaytarardı.   Əvvəlin pis olsa da,Axırın yaxşı olardı.+   Gəl ötən nəsillərdən soruş,Atalarının görüb öyrəndiyi şeylərə nəzər sal.+   Biz dünən doğulmuşuq, nə bilirik ki?!Bu dünyada ömrümüz bir kölgəyə bənzəyir. 10  Məgər onlar səni öyrətməzlər?Bildiklərini sənə danışmazlar? 11  Heç bataqlıq olmayan yerdə qamış* boy atar? Su olmayan yerdə qarğı boy atar? 12  O, tumurcuğu üstündə, kəsilməmiş,Başqa otlardan əvvəl quruyar. 13  Bax, Allahı yaddan çıxaranların aqibəti belədir.Allahsız adamın ümidi itəcək, 14  Onun güvənci puçdur,O, zəif hörümçək toruna bel bağlayıb. 15  O, evinə söykənər, ev uçar,Ondan tutar, o dağılar. 16  O, gün altında şirəli bitkidir,Bağında qol-budaq atır.+ 17  Kökləri daş qalağına sarmaşır,Daşlar arasında yuva axtarır. 18  Amma yerindən qoparılsa,Yeri onu danıb: “Səni tanımıram”, — deyər.+ 19  O, beləcə itib gedər+Və torpaqdan başqaları bitər. 20  Allah kamil* adamı əsla rədd etməz,Qətiyyən şər adama dəstək olmaz. 21  O, yenə sənin dodaqlarına gülüş bəxş edəcək,Dilindən şaqraq sədaları əskik etməyəcək. 22  Sənə nifrət edənlər rüsvayçılığa bürünəcək,Pis adamların çadırı yıxılacaq».

Haşiyələr

Hərfən: papirus.
Yaxud eyibsiz.