Birinci Yəhya 5:1—21
5 İsanın Məsih olduğuna inanan Allahın övladıdır+ və Atanı sevən Onun övladlarını da sevir.
2 Əgər Allahı sevir və əmrlərinə riayət ediriksə, deməli, Onun övladlarını da sevirik.+
3 Çünki Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir,+ Onun əmrləri isə ağır deyil.+
4 Allahın övladı olan hər bir adam dünyaya qalib gəlir.+ Dünyaya qalib gələn məhz imanımızdır.+
5 Dünyaya kim qalib gəlir?+ Əlbəttə ki, İsanın Allahın Oğlu olduğuna inanan!+
6 İsa Məsih su və qan vasitəsilə gələn kəsdir. O, təkcə su ilə yox,+ su və qanla gəlmişdir.+ Ruh da buna şəhadət edir+ və ruh haqdır.
7 Beləliklə, üç şahid var:
8 ruh+, su+ və qan+. Üçü də bir-birilə həmahəngdir.
9 Əgər insanların şəhadətini qəbul ediriksə, Allahın şəhadəti daha üstündür. Allahın şəhadəti isə Oğlu haqqında verdiyi şəhadətdir.
10 Allahın Oğluna inanan insan bu şəhadəti özündə daşıyır. Allaha inanmayan insan isə Onu yalançı edir,+ çünki Allahın Öz Oğlu haqqında verdiyi şəhadətə inanmır.
11 Həmin şəhadət budur: Allah bizə əbədi həyat verib+ və bu həyat Onun Oğlundadır.+
12 Oğulu qəbul edənin əbədi həyatı var, lakin Allahın Oğlunu qəbul etməyən belə həyatdan məhrumdur.+
13 Allahın Oğlunun adına inanan+ sizlərə yazıram ki, əbədi həyata+ sahib olduğunuzu biləsiniz.
14 Allahın önündə əminliyimiz budur:+ Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir.+
15 Onun hər bir diləyimizi eşitdiyini biliriksə, dilədiyimiz şeyləri alacağımızı da bilirik, çünki Ondan istəmişik.+
16 Əgər kimsə qardaşının ölümə aparmayan bir günah iş tutduğunu görürsə, ondan ötrü Allaha dua etsin və Allah ölümə aparmayan günah iş tutmuş o adama həyat verəcək.+ Ölümə aparan günah da var.+ Belə günah haqqında dua etməyi demirəm.
17 Salehliyə zidd hər cür hərəkət günahdır,+ bununla belə, ölümə aparmayan günah var.
18 Biz bilirik ki, Allahın övladı olan adam günah işləmir, Allahın Oğlunun gözü onun üstündədir və Şərir* onu ələ keçirə bilməz.+
19 Biz bilirik ki, biz Allahdanıq, bütün dünya isə Şəririn əlindədir.+
20 Bunu da bilirik ki, Allahın Oğlu gəlib+ və haqq Olan barədə elmə yetişmək üçün bizə dərrakə verib. Biz haqq Olanla Oğlu İsa Məsihin sayəsində vəhdətdəyik.+ O, gerçək Allah və əbədi həyatdır.+
21 Əziz balalar, özünüzü bütlərdən qoruyun.+
Haşiyələr
^ Yəni Şeytan.