İkinci işmuil 10:1—19
-
Əmun və Aram üzərində qələbə (1—19)
10 Əmunilərin+ padşahı öldü, onun yerinə oğlu Hanun taxta çıxdı.+
2 Davud dedi: «Nahaş vaxtikən mənə yaxşılıq eləmişdi. İndi gərək mən də onun oğlu Hanuna yaxşılıq edim». Davud Hanuna başsağlığı vermək üçün bir neçə xidmətçisini onun yanına göndərdi. Lakin Davudun adamları əmunilərin məmləkətinə gələndə
3 əmunilərin əmirləri öz ağaları Hanuna dedilər: «Elə bilirsən ki, Davud sənin atana hörmət elədiyi üçün başsağlığı göndərib? Davud xidmətçilərini casusluq etmək, şəhəri gözdən keçirib yıxmaq üçün göndərib».
4 Hanun Davudun adamlarının saqqalının bir tərəfini qırxdı,+ paltarlarını qurşaqdan aşağı kəsib geri göndərdi.
5 Bunu Davuda xəbər verdilər. Davud onları qarşılamağa adam göndərdi, çünki onlar çox biabırçı halda idilər. Padşah onlara dedi: «Saqqalınız uzanana qədər Ərihada+ qalın, sonra gələrsiniz».
6 Əmunilər Davudu qəzəbləndirdiklərini anladılar. Onlar Beyt-Rəhub+ və Sobah+ aramilərindən 20 000 piyada döyüşçünü, Məkah+ padşahını 1000 adamı ilə və İştubdan 12 000 adamı muzdla tutdular.+
7 Bu xəbər Davuda çatanda o, Yuabı, bütün ordunu və igidləri davaya göndərdi.+
8 Əmunilər çıxıb şəhər darvazasının ağzında düzüldülər. Sobah və Rəhub aramiləri İştub və Məkahdan gələnlərlə birgə ayrıca düzənlikdə durmuşdular.
9 Yuab hücum qüvvələrinin qabaqdan və arxadan onun üstünə gəldiyini görəndə İsrailin seçmə qoşunlarını ayırıb aramilərə qarşı düzdü.+
10 O, ordunun qalan hissəsini qardaşı Abşaya+ tapşırdı. Onlar əmunilərə+ qarşı düzülməli idilər.
11 Yuab qardaşına dedi: «Əgər aramilər məni üstələsələr, sən mənə köməyə gələrsən, əgər əmunilər səni üstələsələr, mən sənə köməyə gələrəm.
12 Biz xalqımız və Allahımızın şəhərləri naminə mətin, cəsur olmalıyıq.+ Yehova da necə məsləhət bilərsə, elə edər».+
13 Yuab qoşunu ilə aramilərin üstünə hücuma keçdi. Onlar onun önündən qaçdılar.+
14 Əmunilər aramilərin qaçdığını görəndə Abşayın qabağından geri çəkilib şəhərə girdilər. Yuab əmunilərlə döyüşdən sonra Yerusəlimə qayıtdı.
15 İsrail tərəfindən basılan aramilər yenidən bir yerə toplaşdılar.+
16 Hədadzər+ adam göndərib çay* bölgəsindəki+ aramiləri çağırdı. Onlar Hədadzərin ordu başçısı Şobaqın başçılığı altında Helama gəldilər.
17 Bunu Davuda xəbər verdilər. O, dərhal bütün İsraili topladı, İordanı keçib Helama gəldi. Aramilər Davuda qarşı düzülüb onunla döyüşdülər.+
18 Ancaq aramilər İsrailin qabağından qaçdılar. Davud aramilərin 700 arabaçısını və 40 000 süvarisini qırdı, onların ordu başçısı Şobaqı vurub öldürdü.+
19 Hədadzərin tabeliyində olan padşahlar İsrailə məğlub olduqlarını görəndə İsraillə sülh bağlayıb ona tabe oldular.+ Aramilər bir daha cürət edib əmunilərə köməyə gəlmədilər.
Haşiyələr
^ Fərat çayı.