İkinci Padşahlar 19:1—37
19 Hizqiyyə padşah bunu eşidəndə yaxasını cırdı, çula bürünüb Yehovanın məbədinə getdi.+
2 Sonra eşikağası Əlyakimi, katib Səbnanı, kahinlərin ağsaqqallarını Amuz oğlu Əşiya peyğəmbərin yanına göndərdi.+ Onlar da çula bürünmüşdülər.
3 Onlar gəlib Əşiya peyğəmbərə dedilər: «Hizqiyyə belə deyir: “Bu gün dərd, tənə, rüsvayçılıq günüdür. Bətndəki uşaqlar gəlir, amma anaların doğmağa gücü yoxdur.+
4 Bəlkə, Allahın Yehova Aşşur padşahının var olan Allaha meydan oxumağa göndərdiyi rəbsaqın sözlərini eşidər.+ Dediyi sözlərə görə Allahın Yehova onunla haqq-hesab çəkər. Ona görə sağ qalanlar üçün Allaha dua et”».+
5 Hizqiyyə padşahın əyanları Əşiyanın yanına gəldilər.+
6 Əşiya dedi: «Hökmdarınıza çatdırın ki, Yehova belə deyir: “Eşitdiyin sözlər, Aşşur padşahının əyanlarının Mənə qarşı dediyi küfrlər səni qorxuya salmasın.+
7 Mən onun ağlına bir fikir salacağam. O, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq. Mən onu öz ölkəsində qılınc ağzına verəcəyəm”».+
8 Rəbsaq Aşşur padşahının Lahişdən çıxdığını eşidəndə+ onun yanına qayıtdı və gördü ki, o, Libna ilə vuruşur.+
9 Padşaha Həbəş padşahı Tirhaqanın onunla döyüşməyə gəldiyi xəbəri çatmışdı. Odur ki, yenidən Hizqiyyəyə qasidlər göndərib+ dedi:
10 «Yəhuda padşahı Hizqiyyəyə söyləyin: “Qoy güvəndiyin Allah “Aşşur padşahı Yerusəlimi almayacaq” deyib səni aldatmasın.+
11 Aşşur padşahlarının bütün məmləkətləri viran qoyduğu sənə məlumdur.+ Elə bilirsən, sən xilas olacaqsan?
12 Atalarımın məhv etdiyi xalqların allahları onları qurtara bildi? Hanı Qozan, Harran+, Rəsəf? Hanı Təl-Əssarda olan Ədən camaatı?
13 Hanı Həməs padşahı, Arpad padşahı, Səfarvaim şəhərlərinin, Hinanın, İvvahın padşahları?”»+
14 Hizqiyyə qasidlərdən məktubları alıb oxudu. Sonra Yehovanın məbədinə getdi, onları Yehovanın önündə açıb yerə sərdi.+
15 Hizqiyyə Yehovaya dua etdi:+ «Ey kərrublar üzərində* taxt quran+ İsrailin Allahı Yehova! Dünyadakı bütün səltənətlərin Allahı tək Sənsən.+ Göyləri, yeri Sən xəlq etmisən.
16 Qulaq ver, Yehova, eşit!+ Nəzər sal,+ ya Yehova, gör! Ey var olan Allah, Sənə meydan oxuyan Sinaxeribin sözlərini eşit.
17 Yehova, düzdür, Aşşur padşahları xalqları, onların məmləkətlərini darmadağın ediblər.+
18 Onların allahlarını oda atıb yandırıblar, çünki onlar allah deyil,+ insan əlinin işidir,+ taxtadır, daşdır. Elə ona görə onları məhv edə biliblər.
19 Ey Allahımız Yehova, yalvarıram, bizi onun əlindən qurtar. Qoy bu cahandakı bütün səltənətlər bilsin ki, tək Sən Allahsan, ey Yehova».+
20 Amuz oğlu Əşiya Hizqiyyəyə xəbər göndərib dedi: «İsrailin Allahı Yehova belə deyir: “Mən sənin Aşşur padşahı Sinaxeriblə bağlı etdiyin duanı eşitdim.+
21 Yehova onun haqqında belə deyir:
“Bakirə Sion qızı həqarət edib səni lağa qoyur.
Yerusəlim qızı sənə baxıb başını bulayır.
22 Sən kimə meydan oxuyurdun?
Kimə küfr edirdin?+ Kimə səsini qaldırırdın?+Kimə məğrur gözlərlə baxırdın?
İsrailin Müqəddəsinə?!+
23 Qasidlərini göndərib+ Yehovaya meydan oxudun:+“Saysız cəng arabalarımlaDağların zirvəsinə qalxacağam,Livanın ucqarlarınadək gedəcəyəm.
Onun əzəmətli sidrlərini, seçmə ardıclarını kəsəcəyəm.
Ən ucqar yerlərinə, sıx meşələrinə girəcəyəm.
24 Yad diyarda quyular qazıb sularını içəcəyəm,Dabanımla Misirin bütün çaylarını qurudacağam”.
25 Eşitməmisən ki, bineyi-qədimdən bu qərara alınmışdır?+
Keçmiş günlərdən bunu hazırlamışam,+
İndi isə həyata keçirəcəyəm.+
Sən qalalı şəhərləri xarabazara çevirəcəksən.+
26 Onların sakinləri çarəsiz qalacaq.Onları dəhşət bürüyəcək, rüsvay olacaqlar.
Onlar çöllərin ot-ələfi olacaqlar,+Damlarda bitən, səmum yelinin qarsadığı ot olacaqlar.
27 Amma Mən sənin oturuşundan, duruşundan, girişindən, çıxışından,Mənə olan hiddətindən agaham,+
28 Mənə qarşı qəzəbin,+ nərələrin qulağıma çatıb.+
Qarmağımı burnuna keçirəcəyəm, yüyənimi ağzına salacağam,+Gəldiyin yolla səni geri qaytaracağam”.+
29 Ey Hizqiyyə, sənin üçün əlamət bu olacaq: bu il öz-özünə bitən* məhsulu, ikinci il ondan cücərən taxılı yeyəcəksiniz.+ Üçüncü il toxum səpib əkin biçəcəksiniz, üzümlüklər salıb barını yeyəcəksiniz.+
30 Yəhuda evindən qurtulanlar, sağ qalanlar+ aşağı kök atıb yuxarı bəhrə gətirəcəklər.
31 Qalanlar Yerusəlimdən, qurtulanlar Sion dağından çıxacaq. Ordular Allahı Yehova bunu Öz qeyrəti ilə edəcək.+
32 Yehova Aşşur padşahı haqda belə deyir:+
“O, bu şəhərə girməyəcək,+Buraya ox atmayacaq,Qarşısına qalxanla gəlməyəcək,Ətrafında mühasirə bəndi qurmayacaq.+
33 Gəldiyi yolla geri qayıdacaq.Bu şəhərə ayaq basmayacaq”, — bəyan edir Yehova.
34 “Öz adım naminə,Qulum Davudun xatirinə+ bu şəhəri qoruyacağam,+ xilas edəcəyəm”».+
35 Həmin gecə Yehovanın mələyi gəlib aşşurluların ordugahında 185 000 nəfəri qırdı.+ Camaat səhər qalxanda gördü ki, hər tərəf meyitlə doludur.+
36 Aşşur padşahı Sinaxerib geri çəkilib Neynəvaya*+ getdi və orada qaldı.+
37 Allahı Nəsruhun məbədində səcdə qılanda oğulları Ədraməliklə Şarasar onu qılıncla öldürdülər+ və Urartu+ ölkəsinə qaçdılar. Oğlu Asarxaddon+ Sinaxeribin yerinə taxta çıxdı.