Timutiyə ikinci məktub 2:1—26
2 Oğlum+, Allahın Məsih İsa ilə vəhdətdə olanlara verdiyi lütf vasitəsilə daima güc al,
2 məndən eşitdiyin və bir çoxlarının şəhadət etdiyi şeyləri+ sadiq adamlara əmanət et ki, onlar da təlim vermək üçün yararlı olsunlar.
3 Məsih İsanın cəsur əsgəri kimi+ payına düşən əziyyətlərdən qaçma.+
4 Axı əsgərlikdə olan heç bir adam qazanc əldə etmək üçün hərbidən kənar işlərlə məşğul olmur*, əksinə, onu hərbi xidmətə çağırmış adamın rəğbətini qazanmağa çalışır.
5 Yarış iştirakçılarından da kimsə qaydaları pozursa, onun başına çələng qoyulmur.+
6 Məhsulun ilk payını zəhmətini çəkən əkinçi götürməlidir.
7 Dediklərim üzərində daima düşün. Rəbb sənə hər sahədə anlayış verəcək.
8 İsa Məsihin dirildiyini+ və Davudun övladı+ olduğunu unutma. Təbliğ etdiyim müjdə də bu haqdadır.+
9 Mən bu müjdəyə görə əzab-əziyyət çəkirəm, cinayətkar kimi qandallanmışam.+ Ancaq Allahın sözünü heç kim qandallaya bilməz.+
10 Buna görə də seçilmişlərdən ötrü hər şeyə dözürəm+ ki, onlar da Məsih İsa vasitəsilə xilasa və əbədi calala yetişə bilsinlər.
11 Doğru deyilib ki, əgər onunla birlikdə ölmüşüksə, birlikdə də yaşayacağıq,+
12 dözüm göstəririksə, birlikdə də padşahlıq edəcəyik.+ Əgər onu dansaq, o da bizi danacaq.+
13 Biz vəfasız çıxsaq da, o, həmişə vəfalıdır, çünki özünü dana bilməz.
14 Bütün bunları daima onlara xatırlat, Allahın qarşısında nəsihət ver ki, onlar söz üstündə dava etməsinlər. Bu mübahisələrin heç bir xeyri yoxdur, onları dinləyənlərin isə imanı sarsılır.
15 Var qüvvənlə çalış ki, Allahın hüzuruna Onun bəyəndiyi bir adam, həqiqət kəlamından düzgün istifadə edən alnıaçıq bir işçi kimi çıxasan.+
16 Müqəddəs şeyləri murdarlayan boş söhbətlərdən isə uzaq dur,+ çünki bu cür söhbətlər get-gedə Allahdan lap çox uzaqlaşacaq
17 və qanqren kimi yayılacaq. Himeney və Filit də belələrindəndir.+
18 Bu adamlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən uzaqlaşıblar,+ bəzilərinin imanını yıxırlar.
19 Bununla belə, Allahın qoyduğu möhkəm bünövrə durur və onun üzərində bu möhür qoyulub: «Yehova Ona məxsus olanları tanıyır»+ və «Qoy Yehovanın adını çağıran+ hər kəs haqsızlıqdan əl çəksin».
20 Böyük bir evdə qızıldan və gümüşdən düzəldilmiş qablar olduğu kimi, ağacdan və gildən düzəldilmiş qablar da olur. Onlardan bəzisini şərəfli, digərlərini isə şərəfsiz məqsəd üçün istifadə edirlər.
21 Əgər kimsə şərəfsiz məqsəd üçün istifadə olunan qablardan uzaq durursa, şərəfli məqsəd üçün istifadə edilən, paklanmış, sahibi üçün yararlı, hər cür yaxşı işə hazır bir qab olacaq.
22 Buna görə də gəncliyə xas istəklərdən qaç, Rəbbi təmiz ürəklə çağıranlarla birlikdə salehliyə, imana, məhəbbətə və sülhə can at.
23 Bundan əlavə, axmaq, mənasız mübahisələrin davaya gətirib çıxartdığını bildiyin üçün onları rədd et.+
24 Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim* davranmalı,+ təlim verməyə yararlı olmalı, haqsızlıqla qarşılaşanda özünü ələ almalı,+
25 qarşı çıxanlara həlimliklə nəsihət verməlidir.+ Bəlkə, Allah onların tövbə etməsinə izin verər və onlar həqiqət barəsində dəqiq biliyə yiyələnərlər,+
26 İblisin istəklərini yerinə yetirmək üçün onun toruna diri-diri düşdüklərini görüb ağıllarını başlarına yığar və onun əlindən azad ola bilərlər.+
Haşiyələr
^ Digər variant: əsgərlikdə olan heç bir adam gündəlik işlərlə məşğul olmur.
^ Yaxud nəzakətlə.