İkinci Yəhya 1:1—13

  • Salamlar (1—3)

  • Daima həqiqət yolunda yeriyin (4—6)

  • Özünüzü yalançılardan gözləyin (7—11)

    • Belə adamları salamlamayın (10, 11)

  • Yəhya dindaşlarının yanına gəlmək istəyir; salam-dua (12, 13)

 Mən ağsaqqaldan, ürəkdən sevdiyim və təkcə mənim yox, həqiqəti bilənlərin hamısının sevdiyi seçilmiş xanıma və onun uşaqlarına məktub.  Bu məhəbbət hamımızda yaşayan və əbədiyyən bizimlə qalacaq həqiqətdən doğur.  Həqiqət və məhəbbətlə yanaşı, Atamız Allahdan və Onun Oğlu İsa Məsihdən gələn lütf, mərhəmət və sülh də bizimlə olacaq.  Sənin uşaqlarından bəzilərinin Atamızdan aldığımız əmrə uyğun olaraq, həqiqət yolunda yeridiklərini bilmək məni çox sevindirir.+  İndi isə, xanım, səndən xahiş edirəm ki, bir-birimizi sevək. (Sənə yazdığım əmr yeni deyil, əvvəldən aldığımız əmrdir.)+  Məhəbbət isə Onun əmrlərinə uyğun yaşamaq deməkdir.+ Bu, sizin əvvəldən eşitdiyiniz həmin o əmrdir. Məhəbbətlə yaşamağa davam edin.  Çünki dünyada İsa Məsihin cisimdə gəldiyini qəbul etməyən+ çoxlu yalançı peyda olub.+ Bu cür fikirləşən yalançıdır, Məsih əleyhdarıdır.+  Diqqətli olun ki, çəkdiyimiz zəhmətin bəhrəsini itirməyib mükafatınızı bütöv alasınız.+  Məsihin təlimlərindən kənara çıxıb onlara riayət etməyən adamın Allahla münasibəti yoxdur.+ Bu təlimlərə riayət edənin isə həm Ata, həm də Oğulla münasibəti var.+ 10  Əgər kimsə sizə bu təlimlə gəlmirsə, onu evinizə buraxmayın+ və salamlamayın. 11  Çünki onu salamlayan onun pis əməllərinə şərik olur. 12  Sizə deyiləsi hələ çox sözüm var, lakin bunları sizə kağız və mürəkkəblə çatdırmaq istəmirəm. Sevinciniz dolğun olsun deyə, yanınıza gəlib sizinlə üz-üzə danışacağıma ümid edirəm. 13  Seçilmiş bacının uşaqları sənə salam göndərir.

Haşiyələr