Məsəllər 21:1—31

  • Padşahın ürəyi Yehovanın əlindədir (1)

  • Haqq iş qurbandan yaxşıdır (3)

  • Çalışqan uğur qazanar (5)

  • Fəqiri dinləməyən eşidilməyəcək (13)

  • Yehovaya zidd hikmət yoxdur (30)

21  Padşahın ürəyi Yehovanın əlindədir,+Onu su axını kimi istədiyi səmtə yönəldər.+   İnsanın bütün yolları öz gözündə düz görünər,+Amma Yehova ürəkləri araşdırar.+   Doğru və haqq işYehova üçün qurbandan daha xoşdur.+   Məğrur gözlər və təkəbbürlü ürəkŞər adamın çırağıdır, günahdır.+   Çalışqanın niyyəti uğur gətirər,+Tələskən ehtiyaca yuvarlanar.+   Yalanla toplanan xəzinəDağılan dumana, ölüm tələsinə bənzər*.+   Şər adamı qəddarlığı məhv edər,+Çünki haqqı, ədaləti tapdalayır.   Günahkarın yolu əyri-üyrüdür,Pak adamın isə əməlləri safdır.+   Davakar* arvadla bir evdə yaşamaqdansa,Damın bir küncündə yaşamaq yaxşıdır.+ 10  Şər adam şərə can atar,+Qonşusuna rəhmi gəlməz.+ 11  Rişxəndçini cəzalandırsan, cahil ağıllanar,Ağıllı adama başa salanda elm qazanar*.+ 12  Haqq Sahibi şər adamın evini müşahidə edər,Şəri yıxıb məhv edər.+ 13  Kim qulağını fəqirin fəryadına tıxayarsa,Özü imdad diləyəndə hay verən olmaz.+ 14  Gizli hədiyyə hirsi soyudar,+Qoltuq altındakı rüşvət güclü qəzəbi yatırar. 15  Saleh üçün haqq iş görmək sevincdir,+Bədəməl üçünsə dəhşətdir. 16  Kamal yolundan sapanÖlüm dustaqlarının arasında uyuyar.+ 17  Eyş-işrəti sevən müflisləşər,+Mey və yağ hərisi varlanmaz. 18  Şər adam saleh üçün,Xain də əməlisaleh üçün fidyə olar.+ 19  Davakar, acıqlı arvadla yaşamaqdansa,Çöl-biyabanda yaşamaq yaxşıdır.+ 20  Ağıllının evindən dolu xəzinə, yağ əskik olmaz,+Axmaq isə var-yoxunu havaya sovurar.+ 21  Salehliyə, lütfkarlığa can atanHəyata, salehliyə, hörmətə yetişər.+ 22  Müdrik adam dırmaşıb igidlərin şəhərinə girər,Güvəndikləri gücütar-mar edər.+ 23  Dilinə-ağzına yiyə duranBaşını bəladan saxlar.+ 24  Saymazyana, təkəbbürlə hərəkət edən insanMəğrur, harınlamış lovğa adlanar.+ 25  Tənbəlin istəyi onu ölümə aparar,Çünki əlləri zəhmət çəkmək istəməz.+ 26  O, bütün günü hərisliklə arzular,Amma saleh əsirgəmədən bölüşər.+ 27  Şər adamın gətirdiyi qurban iyrəncdir,+Pis niyyətlə gətirərsə, lap betərdir. 28  Yalançı şahid məhv olar,+Dinləməyi bacaranın şəhadəti uğurlu olar. 29  Şər adam sir-sifətini zəhmli tutar,+Düz adam yolunda möhkəm durar.+ 30  Yehovaya zidd hikmət, bəsirət, məsləhət yoxdur.+ 31  Atı döyüş günü üçün hazırlayarlar,+Xilas isə Yehovadan gələr.+

Haşiyələr

Digər variant: Ölüm axtaranlar üçün dağılan dumana bənzər.
Yaxud zəhlətökən.
Yaxud işini bilər.