Nəhəmya 1:1—11

  • Yerusəlimdən xəbər (1—3)

  • Nəhəmyanın duası (4—11)

1  Həqali oğlu Nəhəmyanın*+ sözləri: iyirminci ilin* kislev* ayında mən Şuş*+ qalasında idim.  O zaman qardaşlarımdan biri Hənani+ Yəhudadan olan başqa adamlarla birgə gəldi. Mən onlardan əsirlikdən qurtulub ölkəyə qayıtmış yəhudilərin+ vəziyyəti və Yerusəlim barədə hal-əhval tutdum.  Onlar dedilər: «Əsirlikdən qayıdıb əyalətdə yaşayan yəhudilər acınacaqlı haldadır, rüsvayçılıq içindədir.+ Yerusəlimin divarları uçuq-sökükdür,+ darvazaları yanıb kül olub».+  Bunu eşidəndə oturub ağladım. Günlərlə yas saxladım, oruc tutdum+ və göylərin Allahına dua etdim.  Dedim: «Ey göylərin Allahı, ey əhdinə sadiq qalan, Səni sevib əmrlərinə riayət edənlərə məhəbbət göstərən böyük və zəhmli Allah Yehova!+  Yalvarıram, bu gün qulunun Sənin önündə etdiyi duanı eşit, mənə nəzər sal, duama qulaq as. Qulların israillilərdən ötrü gecə-gündüz Sənə dua edirəm,+ İsrail xalqının Sənə qarşı etdiyi günahları etiraf edirəm. Biz günah işləmişik, mən də, xalqım da*.+  Sənin önündə rəzillik etmişik,+ qulun Musaya verdiyin əmrlərə, qayda-qanunlara, hökmlərə əməl etməmişik.+  Nə olar, qulun Musaya dediyin bu sözü xatırla: “Əgər xəyanətkarlıq etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.+  Yox əgər Mənə tərəf dönsəniz, əmrlərimə tabe olub onlara əməl etsəniz, yerin ucqarlarınadək səpələnsəniz belə, sizi oradan toplayacağam,+ adım üçün məskən seçdiyim yerə+ gətirəcəyəm”. 10  Axı onlar Sənin qulların, Sənin xalqındır. Sən onları böyük qüdrətinlə, qüvvətli qolunla qurtardın.+ 11  Ey Yehova, yalvarıram, bu qulunun duasını və Sənin adına sidqi-ürəkdən ehtiram edən qullarının duasını eşit. Nə olar, bu gün quluna uğur ver, qoy bu adamın mənə rəhmi gəlsin».+ O zaman mən şahın saqisi idim.+

Haşiyələr

Mənası: Yah təsəlli verir.
Fars şahı I Artakserksin hakimiyyətinin iyirminci ili.
Suz.
Hərfən: atamın evi də.