Nəhəmya 11:1—36

  • Yerusəlim məskunlaşır (1—36)

11  O vaxt xalqın başçıları Yerusəlimdə yaşayırdı.+ Xalqın qalan hissəsi isə püşk atdı+ ki, hər on nəfərdən biri müqəddəs Yerusəlim şəhərində, qalan doqquz nəfər isə o biri şəhərlərdə yaşasın.  Xalq könüllü olaraq Yerusəlimə köçənlərə xeyir-dua verdi.  Yerusəlimdə yaşayan Yəhuda əyalətinin başçıları bunlardır. (Qalan israillilər, kahinlər, lavililər, məbəd qulluqçuları+ və Süleymanın nökərlərinin övladları+ Yəhudanın digər şəhərlərində, hər kəs öz şəhərində, öz mülkündə yaşayırdı.+  Həmçinin yəhudalılardan və binyaminlilərdən bəziləri Yerusəlimdə yaşayırdı.) Yəhuda başçıları: Farəs nəslindən+ Atayyah (Atayyah Üziyyənin, Üziyyə Zəkəriyyənin, Zəkəriyyə Əmariyyənin, Əmariyyə Şəfətayın, Şəfətay Məhlailin oğlu idi),  Saleh nəslindən Məseyyə (Məseyyə Bəruxun, Bərux Kölhüzün, Kölhüz Xəzəyyanın, Xəzəyya Adayın, Aday Yəhyaribin, Yəhyarib Zəkəriyyənin oğlu idi).  Farəs nəslindən Yerusəlimdə 468 nəfər bacarıqlı adam yaşayırdı.  Binyamin başçıları: Sallu+ (Sallu Məşullamın, Məşullam Yuədin, Yuəd Fədayın, Fəday Qolayın, Qolay Məseyyənin, Məseyyə İsailin, İsail Yaşayın oğlu idi),  o cümlədən Qabbay və Sallay, cəmi 928 nəfər.  Zəkri oğlu Yuil onların nəzarətçisi idi və Həssənuh oğlu Yəhuda şəhər darğasından sonra ikinci adam idi. 10  Kahinlərdən: Yəhyarib oğlu Yaday, Yakin,+ 11  Sərəyah (Sərəyah Xilqiyyənin, Xilqiyyə Məşullamın, Məşullam Sadığın, Sadıq Məryutun, Məryut Allahın evində başçılardan biri olan Əxitubun+ oğlu idi) 12  və onların məbəd işləri ilə məşğul olan qardaşları, cəmi 822 nəfər; Aday (Aday Yərahimin, Yərahim Fəlalın, Fəlal Amsinin, Amsi Zəkəriyyənin, Zəkəriyyə Fəşhurun+, Fəşhur Məlkiyyənin oğlu idi) 13  və onun nəsil başçısı olan qardaşları, cəmi 242 nəfər; Amaşşay (Amaşşay Əzarilin, Əzaril Əxzəyin, Əxzəy Məşilmutun, Məşilmut İmmirin oğlu idi) 14  və onun cəsur və igid qardaşları, cəmi 128 nəfər. Onların nəzarətçisi nüfuzlu bir ailədən olan Zəbdiil idi. 15  Lavililərdən: Şəmay+ (Şəmay Həşşubun, Həşşub Əzriqəmin, Əzriqəm Həşbiyyənin, Həşbiyyə Bünninin oğlu idi) 16  və Allahın evinin bayır işlərinə nəzarət edən lavili başçılar Şəbtayla+ Yuzabad+; 17  həmçinin mədh nəğmələrinin ifasına rəhbərlik edən və dua zamanı alqış söyləyən+ Mətənyah+ (Mətənyah Mikənin, Mikə Zəbdinin, Zəbdi Asəfin+ oğlu idi), qardaşları arasında ikinci olan Bağbuqi, eləcə də Əbda (Əbda Şamunun, Şamu Qalalın, Qalal Yaditunun+ oğlu idi). 18  Müqəddəs şəhərdəki bütün lavililərin sayı 284 nəfər idi. 19  Darvaza keşikçiləri: Aqqub, Təlmun+ və darvazalarda keşik çəkən qardaşları, cəmi 172 nəfər. 20  İsraillilərin, kahinlərin, lavililərin yerdə qalanları Yəhudanın digər şəhərlərində idilər, hər kəs irs aldığı mülkdə yaşayırdı. 21  Məbəd qulluqçuları+ Ofeldə yaşayırdı.+ Onlara Ziha ilə Qişpa rəhbərlik edirdi. 22  Yerusəlimdəki lavililərə məzmur oxuyan Asəf övladlarından olan Uzzi (Uzzi Bənninin, Bənni Həşbiyyənin, Həşbiyyə Mətənyahın+, Mətənyah Mikənin oğlu idi) rəhbərlik edirdi. O, Allahın evindəki işlərə nəzarət edirdi. 23  Çünki şah məzmur oxuyanlarla bağlı fərman vermişdi.+ Onların gündəlik tələbatlarının ödənilməsi üçün dəyişməz qayda var idi. 24  Xalqın bütün işlərində şaha məsləhətçisi Fəthi kömək edirdi. (Fəthi Yəhudanın oğlu Zarahın nəslindən olan Məşizabilin oğlu idi.) 25  Tarlaları olan yaşayış yerlərinə gəlincə, yəhudalıların bir qismi Kiryat-Arbada+ və ətraf şəhərlərdə, Dibunda və ətraf şəhərlərdə, Yəkəbzildə+ və onun kəndlərində yaşayırdı. 26  Həmçinin Yeşuda, Moladda+, Beyt-Fələtdə+, 27  Hazar-Şualda+, Biir-Səbada və onun ətraf şəhərlərində, 28  Sığlaqda+, Məhnada və onun ətraf şəhərlərində, 29  Eyn-Rimmunda+, Sorahda+, Yarmutda, 30  Zənahda+, Ədullamda və onların kəndlərində, Lahiş+ və onun ətraf torpaqlarında, Əzqa+ və ətraf şəhərlərdə yaşayırdılar. Onlar Biir-Səbadan Hinnom vadisinə+ qədər ərazidə məskunlaşmışdılar. 31  Binyaminlilər Gibada,+ Mihmaşda, Ayyada, Beyteldə+ və onun ətraf şəhərlərində, 32  Ənatutda+, Nubda+, Ənaniyyədə, 33  Həzurda, Ramada+, Gitaimdə, 34  Hədiddə, Səbuimdə, Nəbalatda, 35  Lodda və Unuhda+, sənətkarlar vadisində yaşayırdılar. 36  Yəhudada yaşayan lavililərin bəzi bölükləri Binyamin torpaqlarına köçürüldü.

Haşiyələr