Qalatiyalılara məktub 1:1—24

  • Salamlar (1—5)

  • Başqa müjdə olmayacaq (6—9)

  • Bulusun təbliğ etdiyi müjdənin mənbəyi Allahdır (10—12)

  • Bulusun iman gətirməsi və xidməti (13—24)

1  İnsanlar tərəfindən, yaxud hər hansı bir adamın vasitəçiliyi ilə deyil, İsa Məsih+ və onu diriltmiş Atamız Allah+ tərəfindən həvari* təyin edilmiş mən Bulusdan  və mənimlə olan bütün qardaşlardan Qalatiya yığıncaqlarına məktub.  Qoy Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Atamız Allahın iradəsinə görə+ Məsih özünü günahlarımız+ uğrunda fəda etdi ki, bizi bu pis dövrdən*+ xilas etsin.  Allaha əbədiyyən alqış olsun! Amin.  Doğrusu, sizi Məsihin lütfü ilə çağırmış Allahı belə tezliklə qoyub başqa bir müjdəyə üz tutduğunuza məəttəl qalmışam.+  Bu, o demək deyil ki, başqa müjdə var. Sadəcə bəzi adamlar sizi çaşqınlığa salır+ və Məsih haqqındakı müjdəni təhrif etmək istəyirlər.  Ancaq əgər kimsə — istər biz, istər göydən bir mələk bizim təbliğ etdiyimiz müjdədən fərqlənən bir şeyi sizə müjdə kimi təbliğ edərsə, o kəsə lənət olsun.  Dediyimizi yenidən təkrar edirəm: kimsə qəbul etdiyinizdən fərqlənən bir şeyi sizə müjdə kimi təbliğ edirsə, qoy ona lənət olsun. 10  Əslində, mən kimi inandırmağa çalışıram: insanları, yoxsa Allahı? Yoxsa insanları razı salmaq istəyirəm? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. 11  Qardaşlar, bunu bilin ki, mənim təbliğ etdiyim müjdənin mənbəyi insan deyil.+ 12  Çünki onu mənə insan verməyib və insan öyrətməyib, mən onu İsa Məsihdən vəhy vasitəsilə almışam. 13  Siz, əlbəttə ki, mənim əvvəllər yəhudi dinində+ necə hərəkət etdiyimi eşitmisiniz. Mən Allahın yığıncağına olmazın zülmlər edir, onu viran qoyurdum.+ 14  Mən əcdadlarımızın adətlərinin qızğın təəssübkeşi idim,+ yəhudi məzhəbində soydaşlarım arasında bir çox həmyaşıdımdan xeyli qabağa getmişdim. 15  Ancaq dünyaya gəlməyimə izin verən və məni Öz lütfü+ ilə çağıran Allah münasib bildi ki, 16  Oğlu haqqındakı müjdə mənim vasitəmlə xalqlara çatdırılsın və xalqlar onu tanısın.+ Onda mən gedib heç kimlə məsləhətləşmədim, 17  Yerusəlimə, məndən əvvəl həvari olanların yanına da getmədim. Birbaş Ərəbistana yollandım, oradan da Dəməşqə+ qayıtdım. 18  Üç ildən sonra Kifanı*+ görmək üçün Yerusəlimə+ getdim və on beş gün onun yanında qaldım. 19  Amma digər həvariləri görmədim, təkcə Ağanın qardaşı Yaqubu+ gördüm. 20  Allahın qarşısında deyirəm ki, yazdığım bu sözlərdə yalan yoxdur. 21  Bundan sonra Suriya və Kilikiya+ bölgələrinə getdim. 22  Ancaq Məsihlə vəhdətdə olan Yəhudiyyə yığıncaqlarında heç kəs məni şəxsən tanımırdı. 23  Onlar təkcə bunu eşitmişdilər: «Vaxtilə bizə zülm edən adam+ yox etmək istədiyi+ etiqad haqqında müjdəni təbliğ edir». 24  Onlar mənə görə Allahı mədh etməyə başladılar.

Haşiyələr

Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
Digər adı Butrus.