Qalatiyalılara məktub 5:1—26

  • Məsihi azadlığı (1—15)

  • Ruhun göstərdiyi yol (16—26)

    • Günahlı bədənin əməlləri (19—21)

    • Ruhun bəhrəsi (22, 23)

5  Məsih bizi bu cür azadlıqdan ötrü azad etdi. Buna görə də mətin olun,+ yenidən köləlik boyunduruğu altına girməyin.+  Baxın, bunu sizə mən, Bulus deyirəm: əgər sünnət edilsəniz, Məsihin sizə heç bir faydası dəyməyəcək.+  Bundan əlavə, sünnət edilən hər kəsə deyirəm: siz bütün Qanuna riayət etməyə borclusunuz.+  Qanun vasitəsilə saleh sayılmağa çalışan+ hər kəsə deyirəm: siz Məsihdən ayrıldınız, onun lütfündən uzaqlaşdınız.  Biz isə ruh və iman sayəsində salehliyə yetişəcəyimizə ümid edirik və bunu səbirsizliklə gözləyirik.  Məsih İsa ilə vəhdətdə olanlar üçün sünnət və ya sünnətsizlik heç bir əhəmiyyət kəsb etmir.+ Ən əsası, məhəbbət vasitəsilə fəaliyyət göstərən imandır.  Siz yaxşı qaçırdınız.+ Bəs həqiqətə itaət etməyinizə kim mane oldu?  Belə bir fikri sizə təlqin edən sizi çağıran Allah deyil.  Azacıq maya bütün xəmiri acıdır.+ 10  Əminəm ki, Ağa ilə vəhdətdə olan sizlər+ mənimlə razılaşacaqsınız. Amma sizi çaşqınlığa salan+ hər kimdirsə, cəzasını çəkəcək. 11  Mənə gəlincə, qardaşlar, əgər mən hələ də sünnəti təbliğ etsəydim, heç məni təqib edərdilər? Onda işgəncə dirəyi*+ də heç kəs üçün maneə olmazdı. 12  Sizi çaşqınlığa salanları isə görüm axtalansınlar*! 13  Qardaşlar, siz azadlığa çağırılmısınız. Bircə bu azadlıqdan cismani istəklərin dalınca düşmək üçün fürsət kimi istifadə etməyin.+ Məhəbbətlə bir-birinizə xidmət edin.+ 14  Çünki bütün Qanun bir əmrlə icra edilir*: «Başqasını özünü sevdiyin kimi sev».+ 15  Ehtiyatlı olun, əgər bir-birinizlə didişirsinizsə,+ bu, sizi məhv edə bilər.+ 16  Sizə deyirəm, ruhun göstərdiyi yolla gedin,+ onda əsla cismani istəkləri icra etməzsiniz.+ 17  Çünki cisim öz istəkləri ilə ruha qarşıdır, ruh da cismə qarşıdır. Bu qarşıdurma üzündən siz etmək istədiyinizi etmirsiniz.+ 18  Amma ruhun göstərdiyi yolla gedirsinizsə, deməli, qanunun tabeliyində deyilsiniz. 19  Günahlı bədənin əməlləri bəllidir. Bunlar əxlaqsızlıq*+, natəmizlik, azğınlıq*+, 20  bütpərəstlik, cindarlıq+, ədavət, münaqişə, kin, qəzəb, nifaq, parçalanma, təriqətçilik, 21  paxıllıq, sərxoşluq+, kef məclisləri və sairədir.+ Əvvəlki kimi, sizi yenə də xəbərdar edirəm: belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər.+ 22  Ruhun bəhrəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq*+, iman, 23  mülayimlik, özünə hakim olmaq+. Bunlara qarşı çıxan qanun yoxdur. 24  Bundan əlavə, Məsih İsaya məxsus olanlar bədəni onun ehtiras və istəkləri ilə birlikdə dirəyə mıxlayıblar+. 25  Əgər biz ruhun göstərdiyi yolla gediriksə, gəlin ruha müvafiq hərəkət edək.+ 26  Məğrur olmayaq,+ bir-birimizi rəqabətə təhrik etməyək,+ bir-birimizin paxıllığını çəkməyək.

Haşiyələr

Yəni təəssübünü çəkdikləri qanunu icra etməyə yararlı olmasınlar.
Digər variant: bir əmrdə cəmlənib.
Yaxud abırsızlıq. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
Yun. aqatosine. Bu söz insanın müsbət mənəvi keyfiyyətini bildirir və özünü xeyirxah əməllərdə büruzə verir.