Yaradılış 45:1—28

  • Yusif özünü tanıtdırır (1—15)

  • Yusifin qardaşları Yaqubu gətirməyə gedirlər (16—28)

45  Bu yerdə Yusif daha özünü saxlaya bilmədi,+ qışqırıb xidmətçilərinə dedi: «Hamı bayıra çıxsın!» Otaqda heç kim qalmayanda Yusif özünün kim olduğunu qardaşlarına açdı.+  Sonra hönkürtü ilə ağladı. O, elə bərkdən ağlayırdı ki, misirlilər onun səsini eşitdi. Fironun evi də bundan xəbər tutdu.  «Mən Yusifəm, — deyə o, qardaşlarına söylədi. — Atam hələ sağdır?» Qardaşları dinə bilmədilər, onların nitqi qurumuşdu.  Yusif qardaşlarına dedi: «Yaxın gəlin». Onlar yaxınlaşdılar. Sonra o dedi: «Mən qardaşınız Yusifəm, Misirə satdığınız Yusif.+  Amma ürəyinizi sıxmayın, bir-birinizi də qınamayın ki, niyə məni bura satmısınız. Allah məni sizin qabağınızca bura göndərib ki, sizi ölümdən qurtarsın.+  İndi iki ildir ölkədə aclıqdır,+ hələ beş il də əkin-biçin olmayacaq.  Allah məni qabağınızca göndərib ki, nəsliniz kəsilməsin+ və sizə böyük qurtuluş verib sağ saxlasın.  Beləliklə, məni bura siz yox, Allah göndərib ki, məni fironun baş vəziri*, onun evinin ağası və bütün Misir ölkəsinin başçısı etsin.+  Tez atamın yanına qayıdıb ona deyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinin ağası edib.+ Yubanmadan bura gəl.+ 10  Qoşen+ diyarında yaşayarsan, oğulların, nəvələrin, mal-heyvanın və hər şeyinlə birlikdə mənə yaxın olarsan. 11  Səni ərzaqla təmin edərəm, çünki aclıq hələ beş il sürəcək.+ Yoxsa sən də, evindəkilər də vardan-yoxdan çıxar, səfalətə düşərsiniz”. 12  Siz də, qardaşım Binyamin də öz gözlərinizlə görürsünüz ki, sizinlə danışan mənəm.+ 13  Misirdəki cah-calalımı, gördüyünüz hər şeyi atama danışın. Tələsin, gedin atamı bura gətirin». 14  Sonra o, qardaşı Binyamini qucaqlayıb gözlərinin yaşını sel kimi axıtdı, Binyamin də onun boynuna sarılıb ağladı.+ 15  Yusif ağlaya-ağlaya o biri qardaşlarını da öpdü. Sonra onlar oturub söhbət etdilər. 16  Yusifin qardaşlarının gəlməsi xəbəri fironun evinə gedib çatdı. Firon da, əyanları da bu xəbərə sevindilər. 17  Firon Yusifə dedi: «Qardaşlarına de heyvanlarını yükləyib Kənan torpağına getsinlər. 18  Atalarını və ailələrini götürüb buraya, mənim yanıma gəlsinlər. Mən onları Misir torpağının naz-nemətindən qəni edəcəyəm. Ölkənin ən bərəkətli torpağının məhsulu ilə dolanacaqlar.+ 19  Bundan əlavə, əmr edirəm ki, onlara belə deyəsən:+ “Arvad-uşağınız və atanız üçün Misir torpağından arabalar aparın.+ Yığışıb hamınız birlikdə bura gəlin.+ 20  Heç nəyinizə görə heyifsilənməyin,+ çünki Misirin ən yaxşı şeyləri sizin olacaq”». 21  İsrailin oğulları necə deyilmişdisə, elə də etdilər. Yusif fironun əmrinə uyğun olaraq onlara arabalar verdi və onlar üçün yol tədarükü gördü. 22  Hər birinə bir dəst, Binyaminə isə beş dəst dəyişək paltar verdi, üstəlik, ona üç yüz gümüş də verdi.+ 23  Atasına isə Misirin naz-neməti ilə yüklənmiş on eşşək, həmçinin yol üçün taxıl, çörək və başqa ərzaq yüklənmiş on dişi eşşək göndərdi. 24  Beləliklə, o, qardaşlarını yola saldı və onlar çıxıb getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin».+ 25  Onlar Misirdən çıxıb Kənana, ataları Yaqubun yanına gəldilər. 26  Ona xəbər verib dedilər: «Yusif sağdır. O, bütün Misir üzərində başçıdır!»+ Yaqub donub qaldı. O, eşitdiklərinə inana bilmirdi.+ 27  Amma onlar Yusifin dediyi sözləri ona söyləyəndə və onu aparmaq üçün göndərdiyi arabaları göstərəndə Yaqub dirçəldi. 28  O, ucadan dedi: «İndi inandım! Oğlum Yusif sağdır! Qoy ölməzdən qabaq gedim onu görüm!»+

Haşiyələr

Hərfən: atası.