Zəbur 23:1—6
Davudun məzmuru.
23 Yehova mənim Çobanımdır*,+ möhtac olmaram.+
2 Yaşıl otlaqlarda dincəldir məni,Yaxşı suvarılan sakit yerlərə aparır*.+
3 Canıma qüvvət verir,+Öz adı naminə məni salehlik yolları ilə aparır.+
4 Qaranlıq dərədən keçəndə belə,+Heç nə məni qorxutmur,+Çünki Sən mənimləsən,+Əsan, çomağın mənə ürək-dirək verir.
5 Düşmənlərimin gözü önündə mənə süfrə açırsan,+Başıma yağ çəkirsən,+Piyaləm dolub-daşır.+
6 Ömrüm boyu Sənin kəramətini*, məhəbbətini dadacağam,+Nə qədər ki sağam, Yehovanın evində qalacağam.+
Haşiyələr
^ Digər variant: məni sakit sulara aparır.
^ Xeyirxahlıq, lütfkarlıq, səxavət kimi xüsusiyyətləri daxil edən ülvi keyfiyyət.