Zəbur 46:1—11
Dirijora. Qarun oğullarının məzmuru.+ Alamut* üslubunda.
46 Allah gücümüz, pənahımızdır,+Dar gündə köməyə hazırdır.+
2 Dünya alt-üst olsa da,Dağlar sarsılıb dənizin dibinə düşsə də, biz qorxmarıq.+
3 Dənizin suları coşub köpüklənsə də,+Kükrəyişindən dağlar titrəsə də, qorxmarıq. (Selah)
4 Bir çay var, suları Allahın şəhərinə,Haqq-Taalanın möhtəşəm, Müqəddəs çadırına sevinc axıdır.+
5 Allah oradadır,+ o şəhər fəth edilməz,Dan yeri söküləndə Allah onun dadına çatar.+
6 Xalqlar coşar, səltənətlər sarsılar,Onun səsi guruldadı, yer üzü əridi.+
7 Ordular Allahı Yehova bizimlədir!+
Yaqubun Allahı qalamızdır! (Selah)
8 Gəlin, Yehovanın gördüyü işlərə baxın,Görün yer üzündə necə heyrətli şeylər edib.
9 Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir,+Kamanı qırır, nizəni sındırır,Cəng arabalarını* oda atır.
10 «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm.
Xalqlar arasında ucalacağam,+Bütün dünyada ucalacağam».+
11 Ordular Allahı Yehova bizimlədir!+
Yaqubun Allahı qalamızdır!+ (Selah)