Zəbur 59:1—17
Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talut Davudu öldürmək üçün evini güdməyə adam göndərəndə.+
59 Düşmənlərimin əlindən qurtar məni, ey Allahım,+Üstümə gələnlərdən məni qoru.+
2 Zalımların əlindən qurtar,Qaniçənlərdən hifz et məni.
3 Bax! Canım üçün pusqu qurublar,+Qoluzorlular mənə hücum edirlər.
Halbuki təqsirsizəm, heç bir günahım yoxdur,+ ey Yehova.
4 Bir təqsirim yox ikən, hücuma hazırlaşırlar,Səni çağırıram, dur, halıma bax.
5 İsrailin Allahı Sənsən, ey ordular Allahı Yehova,+Qalx, bütün xalqları gözdən keçir,Xainlərin heç birinə rəhm etmə.+ (Selah)
6 Onlar hər axşam qayıdırlar,+İt kimi mırıldayırlar,+ şəhərdə sülənirlər.+
7 Gör ağızlarından nələr tökülür,Dodaqları qılınc kimidir,+Deyirlər: «Kim eşidəcək?»+
8 Amma Sən Yehova, onlara güləcəksən,+Bütün xalqlara rişxənd edəcəksən.+
9 Gözümü Sənə dikmişəm, ey gücüm, qüdrətim.+
Allah mənim qalamdır.+
10 Mənə məhəbbət göstərən Allah dadıma yetər,+Düşmənlərimin süqutunu göstərər mənə.+
11 Onları öldürmə, qoy xalqım bu şeyləri unutmasın.
Böyük gücünlə onları didərgin sal,Ey qalxanımız Yehova,+ onları yerə vur,
12 Dillərindən çıxan sözlərə, ağızlarının günahına görə.
Lənətlərindən, yalanlarından ötrü,Qoy təkəbbürləri onlara tələ olsun.+
13 Qəzəbinlə onların axırına çıx,+Axırlarına çıx, yox olsunlar.
Qoy bilsinlər ki, Allah Yaqubun üzərində, dünyanın ucqarlarınadək hökmranlıq edir.+ (Selah)
14 Qoy onlar axşam qayıtsınlar,İt kimi mırıldayıb şəhərdə sülənsinlər.+
15 Qoy bir tikə çörəkdən ötrü gəzsinlər,+Qarınları doymasın, yatmağa yer tapmasınlar.
16 Mən isə Sənin qüdrətinə nəğmə deyərəm,+Səhərlər məhəbbətindən şövqlə danışaram,Çünki Sən mənə pənahgah,+Dar günümdə sığınacaq oldun.+
17 Ey gücüm, qüdrətim,Səni nəğmələrdə tərənnüm edərəm,+Allah məhəbbət Allahıdır, mənim qalamdır O!+