Zəbur 86:1—17
Davudun duası.
86 Dinlə məni, ey Yehova, mənə hay ver,Axı məzlumam, yazığam.+
2 Nə olar, canımı qoru, mən ki sadiqəm.+
Sənə güvənən bu bəndəni qurtar,Axı Sənsən mənim Allahım.+
3 Bütün günü Səni çağırıram,+Ey Yehova, mənə lütf göstər.+
4 Qulunun könlünü sevindir, ey Yehova,Sənə üz tutmuşam.
5 Ey Yehova, kəramətlisən,+ bağışlayansan,+Səni çağıranlara qarşı məhəbbətin boldur.+
6 Duamı dinlə, Yehova,Nə olar, imdad diləyimi eşit.+
7 Dar günümdə Səni çağırıram,+Bilirəm, Sən məni cavabsız qoymazsan.+
8 Ey Yehova, allahlar arasında Sənin kimisi yoxdur,+Əməllərinin tayı-bərabəri yoxdur.+
9 Xəlq etdiyin bütün xalqlarHüzuruna gəlib önündə səcdə edəcək, ey Yehova,+Sənin adını mədh edəcək.+
10 Çünki böyüksən, xariqələr yaradırsan,+Yalnız Sənsən Allah!+
11 Yehova, mənə Öz yolunda təlim ver,+Həqiqətində addımlayım.+
Ürəyimi bütöv et ki, adından qorxum.+
12 Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram,+Əbədiyyən adını mədh edəcəyəm,
13 Çünki mənə bəslədiyin məhəbbət böyükdür,Canımı Məzarın* dibindən azad etdin.+
14 Ey Allahım, qürrəlilər əleyhimə qalxır,+Zalımlar dəstəsi canıma qəsd edir,Səni saymır onlar.+
15 Amma Sən, ey Yehova, rəhmli, mərhəmətli Allahsan,Səbirlisən, məhəbbətin, sədaqətin boldur.+
16 Mənə tərəf dön, mənə lütf göstər.+
Nə olar, bu bəndənə qüvvət ver,+Kənizinin oğlunu xilas et.
17 Kəramətindən mənə bir nişan ver,Qoy mənə nifrət edənlər bunu görüb utansın.
Çünki, ey Yehova, yardımçım, təsəllim Sənsən.