Hizqiyal 24:1—27

  • Pas atmış qazan (1—14)

  • Hizqiyalın arvadının ölümü əlamətdir (15—27)

24  Doqquzuncu ilin onuncu ayının onuncu günündə mənə Yehovanın sözü nazil oldu:  «Ey bəni-adəm, bu günü, bu tarixi qeyd et. Məhz bu gün Babil padşahı Yerusəlimə hücuma başlayıb.+  Bu üsyankar icmaya aid bu məsəli çəkib de: “Külli-İxtiyar Yehova deyir: “Qazanı asın, ocağın üstünə qoyub içinə su tökün.+   Ət tikələrini,+ ən yaxşı tikələri,Budu, kürəyi içinə atın. Qazanı iri sümüklərlə doldurun.   Sürüdən ən yaxşı qoyunu seçin.+ Qazanın altına çoxlu odun yığın. Tikələri qaynadın, sümükləri bişirin”».  «Külli-İxtiyar Yehova belə deyir: “Vay sənin halına, ey qanlar şəhəri,+ ey pas atmış, pası təmizlənməmiş qazan! İçindən tikələri püşk atmadan, bir-bir çıxarın!+   Tökdüyü qanlar onun içindədir.+ Onları çılpaq qayalara axıtdı, yerə töküb üstünü torpaqla örtmədi.+   İntiqam yanğısını alovlandırmaq üçünQurbanlarının qanını çılpaq qayaya tökdüm ki,Üstü örtülməsin”.+  Külli-İxtiyar Yehova deyir: “Vay sənin halına, qanlar şəhəri!+ Odun qalağını böyüdəcəyəm. 10  Yığın, yığın odunları, ocağı qalayın,Əti yaxşı-yaxşı bişirin, suyunu süzün, qoy sümüklər yanıb kömürə dönsün. 11  Boş qazanı közün üstünə qoyub qızdırın ki,Misi qıpqırmızı qızarsın, çirkabı çıxsın,+ Pası təmizlənsin. 12  Yaman zəhlətökən, yorucu işdir.Elə pas atıb ki, təmizlənmək bilmir.+ Elə paslı-paslı atın oda!” 13  “Sən pozğunluq edib özünü murdarlamışdın.+ Mən çalışdım səni təmizləyim, amma sən təmiz olmadın. Yalnız səndən heyfimi çıxandan sonra təmiz olacaqsan.+ 14  Bunu Mən Yehova sənə deyirəm. Bu, mütləq olacaq. Vaz keçməyəcəyəm, rəhm etməyəcəyəm, peşman olmayacağam.+ Səni əməllərinin və hərəkətlərinin əsasında mühakimə edəcəklər”, — Külli-İxtiyar Yehova bəyan edir». 15  Mənə yenə Yehovanın sözü nazil oldu: 16  «Bəni-adəm, bir zərbə ilə sənin ən əziz adamını əlindən alacağam.+ Amma sən nə yas saxla, nə ağla, nə göz yaşı tök. 17  Ürəyində ağla, ancaq ölən üçün yas tutma.+ Çalmanı başına sarı,+ çarığını ayağına geyin.+ Ağzını* örtmə,+ camaatın gətirdiyi yeməkdən yemə».+ 18  Səhər xalqla danışdım, axşam arvadım öldü. Mənə necə deyilmişdisə, ertəsi günün səhəri elə də etdim. 19  Camaat mənə deyirdi: «Söylə, bunlarla bizə nə demək istəyirsən?» 20  Mən də onlara dedim ki, mənə Yehovadan bu sözlər nazil olub: 21  «İsrail əhlinə söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Fəxr etdiyiniz, əziz tutduğunuz, ürəyinizin arzusu olan müqəddəs məkanımı murdarlayacağam.+ Yerusəlimdə qoyduğunuz oğul-qızlarınız qılıncdan keçiriləcək.+ 22  Onda siz də mənim elədiyimi edəcəksiniz. Ağzınızı örtməyəcəksiniz, sizə gətirilən yeməyi yeməyəcəksiniz.+ 23  Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Nə yas saxlayacaq, nə də ağlayacaqsınız. Əksinə, günahlarınız sizi çürüdəcək,+ bir-birinizə baxıb ah-zar edəcəksiniz. 24  Hizqiyal sizin üçün əlamətdir.+ O nə edibsə, siz də elə edəcəksiniz. Bütün bunlar baş verəndə biləcəksiniz ki, Mən Külli-İxtiyar Yehovayam”». 25  «Ey bəni-adəm, gözəlliyinə görə fərəhləndikləri qalanı, göz bəbəklərini, ürəklərinin arzusunu oğul-qızları qarışıq əllərindən aldığım gün,+ 26  canını qurtaran bir nəfər sənə bu barədə xəbər gətirəcək.+ 27  O gün dilin açılacaq, daha susmayacaqsan, sağ qalan bu adamla danışacaqsan.+ Sən onlar üçün əlamət olacaqsan. Onda biləcəklər ki, Mən Yehovayam».

Haşiyələr

Yaxud bığını.