Markın yazdığı müjdə 16:1—8

  • İsanın dirilməsi (1—8)

16  Şənbə+ bitəndən sonra Məcdəlli Məryəm+, Yaqubun anası Məryəm və Səlimə gedib ətirli ot aldılar ki, yağa qatıb İsanın bədəninə çəksinlər.+  Həftənin ilk günü* səhər tezdən gün çıxan kimi onlar sərdabəyə gəldilər.+  Qadınlar bir-birinə deyirdilər: «Sərdabənin ağzındakı daşı bizim üçün kim qırağa çəkəcək?»  Onlar baxıb gördülər ki, kimsə daşı qırağa diyirləyib, halbuki daş çox yekə idi.+  Onlar sərdabəyə girəndə gördülər ki, sağ tərəfdə ağ əba geymiş bir gənc oturub. Qadınlar donub qaldılar.  Gənc onlara dedi: «Təəccüblənməyin.+ Bilirəm, siz dirəkdə edam edilmiş nəsrani İsanı axtarırsınız. O, burada yoxdur, dirilib.+ Gəlin onun qoyulduğu yerə baxın.+  Sonra gedin, onun şagirdlərinə və Butrusa belə deyin: “O, sizin qabağınızca Cəliləyə gedir.+ Sizə dediyi kimi, onu orada görəcəksiniz”».+  Qadınlar sərdabədən çıxıb qaça-qaça getdilər. Hisslər onları çulğamışdı, onlar tir-tir əsirdilər. Qadınlar heç kəsə heç nə demədilər, çünki bərk qorxmuşdular*.+

Haşiyələr

Yaxud bazar günü. Yəhudilərdə həftə bazar günündən başlayırdı.
İncilin ilkin mötəbər əlyazmalarına əsasən, Markın yazdığı müjdə 8-ci ayədəki bu sözlərlə bitir. A3 əlavəsinə bax.