Saylar 34:1—29

  • Kənanın sərhədləri (1—15)

  • Torpağı bölüşdürmək üçün seçilən adamlar (16—29)

34  Yehova Musa ilə danışıb dedi:  «İsraillilərə belə göstəriş ver: “Siz Kənan torpağına+ girəndə irs olaraq alacağınız Kənan torpağının sərhədləri belə olacaq.+  Cənub sərhədiniz Sin səhrasından başlayıb Ədum boyunca uzanacaq. Şərq tərəfdə isə cənub sərhədiniz Şor dənizin* qurtaracağından başlayacaq,+  sonra istiqamətini dəyişib Əqrəb yoxuşunun+ cənubundan keçərək Sinə doğru uzanacaq. Onun ucqar nöqtəsi Qədis-Barninin+ cənubu olacaq. Oradan Hazar-Addara+, sonra isə Əzmuna istiqamət alacaq.  Əzmunda Misir vadisinə tərəf dönəcək. Sərhədin qurtaracağı dəniz* olacaq.+  Qərb sərhədiniz Böyük dəniz olacaq. Bu, sizin qərb sərhədinizdir.+  Şimal sərhədiniz belə olacaq: sərhədi Böyük dənizdən Hur dağına,  Hur dağından Ləbu-Həməsə+ çəkin. Sərhəd Sadada+,  sonra isə Zifruna uzanacaq. Onun ucqar nöqtəsi Hazar-Eynən+ olacaq. Bu, sizin şimal sərhədinizdir. 10  Şərqdə sərhədinizi Hazar-Eynəndən Şəfəmə qədər çəkin. 11  Sərhəd Şəfəmdən Ayinin şərq tərəfində olan Riblaha* uzanacaq, sonra enib Kinarət dənizinin*+ şərqindəki yamaclardan keçərək 12  İordana çatacaq. Sərhədin qurtaracağı Şor dəniz+ olacaq. Ölkənizin+ sərhədləri belə olacaq”». 13  Bundan sonra Musa israillilərə belə buyurdu: «Bu, Yehovanın doqquz yarım qəbiləyə verməyi əmr etdiyi, püşklə bölüşdürəcəyiniz ölkədir.+ 14  Rubənlilər qəbiləsinin nəsilləri, Cadlılar qəbiləsinin nəsilləri, eləcə də Mənəssə qəbiləsinin yarısı artıq öz irs torpaqlarını alıblar.+ 15  İki yarım qəbilə İordan bölgəsinin şərqində, gündoğanda, Ərihanın yanında artıq öz irs torpaqlarını alıb».+ 16  Yehova yenə Musa ilə danışıb dedi: 17  «Sahib olacağınız torpağı sizin üçün kahin Əlyazarla+ Nun oğlu Yuşə+ böləcək. 18  Həmçinin torpağı bölüşdürməyə kömək etmək üçün hər qəbilədən bir başçı təyin edin.+ 19  Bu işə təyin olunacaq başçılar bunlardır: Yəhuda qəbiləsindən+ Yufənna oğlu Kalib+, 20  Şəmun oğullarının qəbiləsindən+ Amihud oğlu Şamuil, 21  Binyamin qəbiləsindən+ Kəslun oğlu Əlidad, 22  Dan oğullarının qəbiləsindən+ Yolğu oğlu Buqqi, 23  Yusif oğullarından:+ Mənəssə oğullarının qəbiləsindən+ İfud oğlu Hənail, 24  Əfraim oğullarının+ qəbiləsindən Şiftan oğlu Qamuil, 25  Zəbulun oğullarının+ qəbiləsindən Pərnah oğlu Əlsəfan, 26  Yəsakir oğullarının+ qəbiləsindən Əzzan oğlu Fəltail, 27  Aşir oğullarının+ qəbiləsindən Səlumi oğlu Əxiud, 28  Niftalı oğullarının+ qəbiləsindən Amihud oğlu Fədail». 29  Yehova Kənan diyarında torpağı israillilərin arasında bölməyi bu adamlara həvalə etdi.+

Haşiyələr

Ölü dəniz.
Böyük dəniz, yəni Aralıq dənizi.
Kənanın şərq sərhədində yerləşən bu Riblah Həməs bölgəsindəki Riblah deyil.
Gennesaret gölü, yəni Cəlilə dənizi.