İmanımı artır
Yüklə:
1. «İmanım doğrumu görən?»
Suallar rahat qoymur.
Heç bir cavab bəs eləmir,
Tapmaq çətindir doğru, haqq yolu.
Sübutlarçün gərək mən cidd-cəhdlə axtarım.
Ağlımı əsir alan şübhələri
Dəf edim gərək.
NƏQƏRAT
Yalvar, Yehova yar olar,
Qalmaz şübhə, iman artar.
Dilə, Yehovadan istə,
O, cavab verər, çıxarsan nurlu yola.
İman artar.
İman artar.
İman artar.
2. Düz yoldan sapdırır, zehni kor eyləyir qədim ilan.
Gərək öz ağlıma heç bel bağlamayım mən,
Hiyləgərdir Şeytan.
Boş fikirləri yaxın qoymaram zehnimə.
Yehovanın sözüdür həqiqət,
Verir hikmət qəlbə.
NƏQƏRAT
Yalvar, Yehova yar olar,
Qalmaz şübhə, iman artar.
Dilə, Yehovadan istə,
O, cavab verər, çıxarsan nurlu yola.
İman artar.
İman artar.
İman artar.
KEÇİD
Cavab verər duama bir ayəylə,
Ya da hər hansı nəğmənin sözüylə.
Yehova qoymaz cavabsız duamı,
İman artar.
NƏQƏRAT
Yalvar, Yehova yar olar,
Qalmaz şübhə, iman artar.
Dilə, Yehovadan istə,
Bütün suallara əmin ol, cavab verəcək.
İman artar.
İman artar.
İman artar.
İman artar.
İman artar.
İman artar.