Sülhə can at
Yüklə:
1. Eşidirəm hər gün acı sözlər, keçmir günlərim bunsuz.
Ötmür günü bu fani ömrün sakit və qayğısız.
O anda «həlim ol, səbir et», sözü düşür yada.
Bir dua yetər, sakitlik verər Rəbb Yehova anında.
NƏQƏRAT
Bu, çətin olsa da, sən hamıyla sülhə can at daima.
İndidən sən bacarsan, gör necə rahat olacaq yeni dünyada!
2. Sakitlik olsa da, sezirdim mən, dəyişir bu ab-hava,
Bax heç nədən qopdu tufan, çəkilmişəm bir yana.
Bəsirət kömək eyləyir mənə, anlayım qırıq qəlbi,
Bir insan coşsa da, qəzəbli olsa da, var bəlkə bir dərdi.
NƏQƏRAT
Bu, çətin olsa da, sən hamıyla sülhə can at daima.
İndidən sən bacarsan, gör necə rahat olacaq yeni dünyada!
KEÇİD
Çətindir səbri basmaq,
Dünyanın tərs yönün tutmaq.
Amma sülh verən, sevən Allah
Sənin qəlbin qoruyacaq.
3. Nəhayət həftə sonuna gəldik, vəz edirik xoş müjdə,
Bir qapını açır qəzəbli sakin, yağdırır acı sözlər.
Biz başa düşdük ki, artıq bu an zamanıdır getməyin,
«Odunsuz ocaq sonunda sönər», Müqəddəs Kəlam deyir.