Kontentə keç

Mündəricatı göstər

Yehovaya şərəf verin

Yehovaya şərəf verin

(Zəbur 96:8)

Yüklə:

  1. 1. Varmı Sənə tay, Yehova?

    Sənsən Rəbbi aləmin.

    Bol məhəbbət göstərirsən,

    Bəs necə verim əvəzin?

    Güc, əzəmət xislətindir,

    Bu, xilqətdən görünür.

    Kiməm ki, mən, ey Yehova,

    Mənə bəxş edirsən lütfün.

    NƏQƏRAT

    Yehova Rəbb, ey əbədi Padşah,

    Ucaldıram həmd Sənə.

    Çün yalnız Sən oldun mənə pənah,

    Sən layiqsən şərəfə,

    Qüdrətə, şan-şöhrətə.

  2. 2. Sən ömrümün sahibisən,

    Şad eyləyim qəlbini.

    Saf sevgindən danışaram,

    Bilsin qoy dünya ismini.

    Bu şərəfli xidmətin mən

    Daim qədrin qoy bilim.

    Sən güc-qüvvət mənbəyimsən,

    Kömək et, yolunla gedim.

    NƏQƏRAT

    Yehova Rəbb, ey əbədi Padşah,

    Ucaldıram həmd Sənə.

    Çün yalnız Sən oldun mənə pənah,

    Sən layiqsən şərəfə,

    Qüdrətə, şan-şöhrətə.

  3. 3. Ey Yaradan, mən heyranam

    Xəlq etdiyin aləmə.

    Əl işlərin nə gözəldir,

    Sevinc bəxş edir könlümə.

    Bol məhəbbət və hikmətlə

    Sən dünyanı yaratdın.

    Necə böyük bir şərəfdir

    Adın daşımaq, Allahım.

    NƏQƏRAT

    Yehova Rəbb, ey əbədi Padşah,

    Ucaldıram həmd Sənə.

    Çün yalnız Sən oldun mənə pənah,

    Sən layiqsən şərəfə,

    Qüdrətə, şan-şöhrətə.

(Həmçinin baxın: Zəb. 96:1—10; 148:3, 7.)