Kontentə keç

Mündəricatı göstər

İman gözüylə bax

İman gözüylə bax

(Zəbur 27:13)

Yüklə:

  1. 1. Nə aslandan qorxmaram,

    Nə də zalım insandan.

    Çün Yehova yanımda,

    Qaçmaram heç hara.

    Mənim tərəfimdə Atam.

    NƏQƏRAT

    Bu zülmətin nurlu bir sabahı var.

    İman gözüylə bax o günlərə.

    Rəbb Yehovadır Qayan,

    Möhkəm, qorxmaz dayan.

    Hər zaman səninlədir Atan,

    İmanla bax.

  2. 2. Yaşadılar imanla

    Keçmişdə sadiq kəslər.

    Hər şeyə dözdülər,

    Həyat qazandılar.

    Qalxarlar yenidən onlar.

    NƏQƏRAT

    Bu zülmətin nurlu bir sabahı var.

    İman gözüylə bax o günlərə.

    Rəbb Yehovadır Qayan,

    Möhkəm, qorxmaz dayan.

    Hər zaman səninlədir Atan,

    İmanla bax.

    KEÇİD

    Gerçək ümid və güclü imanla

    Oynar dağlar da yerindən.

    Gör nə halda

    Olardım zalım dünyada,

    İmanla baxmasaydım mən.

  3. 3. Görürəm mən imanla

    O gələcək günləri.

    Zəfər çox yaxın,

    Güclü qalmaq lazım.

    Çalacaq qələbəsin Tanrım.

    NƏQƏRAT

    Bu zülmətin nurlu bir sabahı var.

    İman gözüylə bax o günlərə.

    Rəbb Yehovadır Qayan,

    Möhkəm, qorxmaz dayan.

    Hər zaman səninlədir Atan,

    İmanla bax.

    İmanla bax.

(Həmçinin baxın: İbr. 11:1—40.)