Kontentə keç

Mündəricatı göstər

Yehova səni güclü edər

Yehova səni güclü edər

Yüklə:

  1. 1. Səhər çağı

    Açılmamış,

    Gün hələ doğmamış,

    O edir dua

    Hər övladına:

    «Ya Rəbb, güc ver onlara».

    Olsa da ona çətin,

    İtirmir heç vaxt ümidin.

    Sevdiyi nəğmənin

    Sözləri heç çıxmır ağlından:

    NƏQARƏT

    O güclü edər,

    Hifz eylər səni.

    Hər zaman güvən,

    Qorxma, qal mətin.

    Bu nəğmə səslənir

    Onun ürəyində:

    «Qoymaz sarsılmağa,

    Güclü edər səni».

    KEÇİD

    Ailəsin qayğısın

    Ödəməkçün o,

    Var gücüylə çalışır.

    Dar gündə onun

    Yanındadır dostlar,

    Təsəlli olur onlar.

  2. 2. Yorğun əllər,

    Yorğun qollar,

    O yenə güc tapar.

    Rəbb Yehovaya

    Bel bağlayar, hər gün

    Dua edib istər dözüm.

    Taqətdən düşməz heç vaxt,

    Qartal kimi qanad açar.

    Sevdiyi nəğmənin

    Sözləri ümid verər ona:

    NƏQARƏT

    O güclü edər,

    Hifz eylər səni.

    Hər zaman güvən,

    Qorxma, qal mətin.

    Bu nəğmə səslənir

    Onun ürəyində:

    «Qoymaz sarsılmağa,

    Tutar O, əlini.

    Qoymaz sarsılmağa,

    Güclü edər səni».