NƏĞMƏ 45
Qəlbimdəki düşüncələr
-
1. Qəlbdən keçən fikirlərim
Səni məmnun etsin, Rəbbim.
Gecə-gündüz, hey düşünüm,
Haqq yolunda qalım mətin.
Qəlbim dərddən sıxılanda
Yuxu getməz heç gözümə.
O an Səni düşünəndə,
Su səpilər ürəyimə.
-
2. Nəcib, saleh, şərafətli
Olsun bütün fikirlərim.
Doğru, təmiz niyyət ilə
Qoy döyünsün qəlbim mənim.
Ya Rəbb, Sənin fikirlərin
Sərvətdir, heç saya gəlməz.
Sözün ürəyimdə məskun
Kəlamına sevgim sönməz.
(Həmçinin baxın: Zəb. 49:3; 63:6; 139:17, 23; Filip. 4:7, 8; 1 Tim. 4:15.)