«Ruhun bəhrəsi». Xüsusiyyətləri əzbərlə
Yüklə:
1. Dəyərli pay veribdir Yehova Allah,
Müqəddəs ruhdur bu hədiyyə.
Dərinə kök salmış bir ağactək bizə,
O köməkdir möhkəm qalmağa.
NƏQƏRAT
Sevgi bitməz, qalacaq əbədiyyən.
Sevinc gülüş bəxş edər üzlərə.
Sülh dostluq telləri yaradır.
Səbir qoymur təslim olmağa.
Xeyirxahlıq hər insanın bəzəyi.
Yaxşılıq gözəl işlərə səsləyir.
İman tam güvənməkdir Rəbbə.
Mülayimlik xoş rəftardan görünür.
Özünə hakim insan olaq gərək biz.
2. Hər gün dua etsək müqəddəs ruh üçün,
Bəhrəni görəcəyik onda.
Ömrümüz keçəcək mənalı və xoşbəxt,
Qalacağıq Rəbbin yadında.
NƏQƏRAT
Sevgi bitməz, qalacaq əbədiyyən.
Sevinc gülüş bəxş edər üzlərə.
Sülh dostluq telləri yaradır.
Səbir qoymur təslim olmağa.
Xeyirxahlıq hər insanın bəzəyi.
Yaxşılıq gözəl işlərə səsləyir.
İman tam güvənməkdir Rəbbə.
Mülayimlik xoş rəftardan görünür.
Özünə hakim insan olaq gərək biz.