OYAQ QALIN!
Təlatümlü 2022-ci il. Müqəddəs Kitabda bu barədə nə deyilir?
2022-ci ildə xəbər başlıqlarında əsas etibarilə, müharibə, iqtisadi böhran və təbii fəlakətlər haqda xəbərlər yer alırdı. Bu hadisələrin arxasında duran əsl səbəbi yalnız Müqəddəs Kitab izah edir.
2022-ci ildə baş verən hadisələrin əsl səbəbi
Ötən il baş verən hadisələr bir daha sübut edir ki, biz Müqəddəs Kitabda «axırzaman» adlanan dövrdə yaşayırıq (2 Timutiyə 3:1). Bu dövr 1914-cü ildən başlayıb. Görün, son dövrdə baş verən hadisələr Müqəddəs Kitabda yazılanları necə təsdiqləyir:
«Müharibə[lər]» (Mətta 24:6).
«2022-ci il Avropanı yenidən döyüş meydanına çevrilmək təhlükəsi ilə üz-üzə qoydu» a.
«Rusiya Ukraynaya hücum edib» adlı məqaləni oxuyun.
«Qıtlıq» (Mətta 24:7).
«2022-ci il heç vaxt görünməmiş aclıq ili oldu» b.
«Ukraynada gedən müharibə dünyada ərzaq böhranını daha da ağırlaşdırıb» adlı məqaləni oxuyun.
«Xəstəliklər» (Luka 21:11).
«COVID-19 virusunun hələ səngimədiyi, meymunçiçəyinin yayıldığı bir vaxtda poliomielit xəstəliyi də yenidən qayıdıb. Bu vəziyyət yoluxucu xəstəliklərin nə qədər təhlükəli olduğunu və bəşəriyyətin bu xəstəliklər qarşısında nə qədər aciz qaldığını göstərdi» c.
«6 milyon insanın ölümünə səbəb olmuş COVID-19» adlı məqaləni oxuyun.
«Dəhşətli mənzərələr» (Luka 21:11).
«Anomal istilər, quraqlıqlar, meşə yanğınları və daşqınlar. 2022-ci ilin yayı saysız-hesabsız ekstremal hava hadisələri ilə yadda qalacaq. Bütün dünyada çoxlu dağıntılara səbəb olan bu hadisələr yüz minlərlə insanın həyatına son qoyub və milyonlarla insanı didərgin salıb» d.
«Anomal istilər rekord dərəcəyə çatıb» adlı məqaləni oxuyun.
«İğtişaşlar» (Luka 21:9).
«2022-ci ildə iqtisadi problemlər, xüsusilə də inflyasiya ucbatından insanlar arasında artan narazılıq hökumətə qarşı kütləvi etirazların çoxalmasına səbəb oldu» e.
«Sürətlənən qlobal inflyasiya» adlı məqaləni oxuyun.
Bəs üzümüzə gələn il bizi nə gözləyir?
2023-cü ildə başımıza nə gələcəyini heç kəs əminliklə deyə bilməz. Amma əminik ki, Allahın Padşahlığı və ya səmavi hökuməti tezliklə yer üzündəki vəziyyətə müdaxilə edəcək (Dənyal 2:44). Bu hökumət əzab-əziyyətlərin səbəbini aradan qaldıracaq və Allahın yer üzünə dair niyyətini həyata keçirəcək (Mətta 6:9, 10).
Sizi İsa Məsihin «oyaq qalın» məsləhətinə əməl etməyə və dünyada baş verən hadisələrin Müqəddəs Kitab peyğəmbərliyi ilə necə əlaqəli olduğunu şəxsən araşdırmağa təşviq edirik (Mark 13:37). Müqəddəs Kitab sizə və ailənizə gələcəyə dair əsl ümid verə bilər. Bu barədə ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
a «2022 Was Year the Horror of War Returned to Europe» («AP News», Jil Loulis, 8 dekabr 2022-ci il).
b «A Global Food Crises» («World Food Programme»).
c «Living in an Age of Pandemics—From COVID-19 to Monkeypox, Polio, and Disease X» («JAMA Health Forum», Lorens Qostin, 22 sentyabr 2022-ci il).
d «What’s Behind the Record-Breaking Extreme Weather Events of Summer 2022?» («Earth.Org», Martina İgini, 24 oktyabr 2022-ci il).
e «Economic Anger Dominated Global Protests in 2022» («Carnegie Endowment for International Peace», Tomas Karozers və Benjamin Feldman, 8 dekabr 2022-ci il).