Müharibələr. Allahın Padşahlığı buna əncam qılacaq?
Bütün dünyada müharibələr insanlara olmazın ağrı və əzab-əziyyət yaşadır. Növbəti hesabatlara baxın:
«Hesablamalara görə son bir ildə müharibə nəticəsində ölənlərin sayı 1994-cü ildən bəri ən yüksək həddə çatıb. Bunun əsas səbəbi Efiopiya və Ukraynadakı müharibələrdir» («Peace Research Institute Oslo», 7 iyun 2023-cü il).
«Ukraynadakı müharibə 2022-ci ildə alovlanan yeganə münaqişə deyil. Son bir ildə siyasi zorakılıq 27 faiz artıb və hesablamalara görə 1,7 milyard insan onun nəticələrinin qurbanı olub» («The Armed Conflict Location & Event Data Project (ACLED)», 8 fevral 2023-cü il).
Müqəddəs Kitab bizə ümid verir. Orada yazılıb ki, «göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq» (Dənyal 2:44). Bu Padşahlıq və ya hökumət vasitəsilə Allah «yerin bir ucundan o biri ucunadək döyüşləri [kəsəcək]» (Zəbur 46:9).