Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Müqəddəs Kitabda surətlərə ibadət haqda nə deyilir?

Müqəddəs Kitabda surətlərə ibadət haqda nə deyilir?

 Katolik xəbər agentliyinin verdiyi məlumata görə, 25 mart 2022-ci il tarixində Müqəddəs Pyotr Bazilikasında keçirilən ayin zamanı Roma Papası Fransisk Məryəmin heykəlinin qarşısında «gözlərini bağlayıb və başını aşağı salıb sakitcə dua etdi». O, Məryəmdən sülh dilədi. «Vatican News» xəbər saytının verdiyi məlumata əsasən isə, Papa bütün bəşəriyyəti, xüsusilə də Rusiya və Ukraynanı Məryəmə əmanət etdi.

 Necə düşünürsünüz, surətlərə dua etmək, yaxud onlara ibadət etmək düzgündür? Müqəddəs Kitabdan gətirilən növbəti ayələrə baxın:

  •   «Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin. Onlara səcdə qılıb sitayiş etməyin, çünki Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham» (Çıxış 20:4, 5) a.

  •   «Onların bütləri qızıldır, gümüşdür, insan əlinin işidir. Ağızları var, danışa bilmir, gözləri var, görə bilmir, qulaqları var, eşidə bilmir, burunları var, qoxu bilmir, əlləri var, hiss etmir, ayaqları var, yeriyə bilmir, boğazlarından səs çıxmır. Onları düzəldənlər də, onlara güvənənlər də onlar kimi olacaq» (Zəbur 115:4—8).

  •   «Mən Yehovayam. Adım budur. Şanımı başqası ilə bölüşmərəm, Mənə ucalan mədhləri bütlərə vermərəm» (Əşiya 42:8, haşiyə).

  •   «Bütpərəstlikdən qaçın» (1 Korinflilərə 10:14).

  •   «Özünüzü bütlərdən qoruyun» (1 Yəhya 5:21).

 Müqəddəs Kitabda surətlərə ibadət barədə daha nə deyildiyi haqda öyrənmək üçün «Müqəddəs kitabın baxışı. Surət və rəmzlər» məqaləsini oxuyun və «İbadətdə surətlərdən istifadə etmək Allaha məqbuldur?» videosuna baxın.

 Ola bilsin, Müqəddəs Kitabda növbəti mövzular barədə deyilənlər də sizə maraqlı olsun:

Photo credit: Vincenzo Pinto/AFP via Getty Images

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.