Qadınların rifahı və təhlükəsizliyi. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Bütün dünyada milyonlarla qadınlar və qız uşaqları zorakılığa məruz qalırlar. Siz də zorakılığın qurbanı olmusunuz? Görün Allah üçün sizin rifahınız və təhlükəsizliyiniz nəyə görə vacibdir və O, qadınlarla pis rəftar edənlərə qarşı hansı tədbiri görəcək.
«Uşaq olanda qardaşım hər gün mənə fiziki təzyiq göstərirdi və məni təhqir edirdi. Ailə qurandan sonra da vəziyyət dəyişmədi. Qayınanam məni alçaldırdı. O və qayınatam mənimlə qul kimi davranırdılar. Özümü öldürmək istəyirdim» (Madu a, Hindistan).
Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edir ki, «qadınlara qarşı zorakılıq bütün dünyada adi hala çevrilib». Hesablamalara görə, hər üç qadından biri həyatının hansısa bir məqamında fiziki və ya cinsi zorakılığa məruz qalır.
Əgər belə bir şey sizin də başınıza gəlibsə, yəqin, qorxursunuz ki, getdiyiniz hər yerdə sizi alçaldacaqlar və ya fiziki, yaxud cinsi zorakılığa məruz qalacaqsınız. Qadın olaraq üzləşdiyiniz bu cür münasibətə görə sizdə belə fikir yarana bilər: «Qadınlar dəyərsizdir». Bəs Allah qadınlara necə münasibət bəsləyir?
Allah qadınlara necə yanaşır?
Ayə: «Allah... onları kişi və qadın olaraq yaratdı» (Yaradılış 1:27).
Mənası: Allah həm kişiləri, həm də qadınları yaradıb. Onların hər biri Allah üçün dəyərlidir. Allah kişilərdən tələb edir ki, «arvadını özünü sevdiyi kimi sevsin», onun hər addımına nəzarət etməsin, kobud sözlərə və zorakılığa əl atmasın (Efeslilərə 5:33; Koloslulara 3:19). Aydındır ki, Allah üçün qadınların təhlükəsizliyi çox önəmlidir.
«Uşaq ikən qohumlarım tərəfindən cinsi zorakılığa məruz qalmışdım. 17 yaşım olanda müdirim hədə-qorxu gəldi ki, onunla cinsi münasibətdə olmasam, məni işdən qovacaq. Böyüyəndən sonra isə həyat yoldaşım, valideynlərim və qonşularım məni alçaldırdılar. Nəhayət, mən Yaradan Yehova b haqda öyrəndim. O, qadınlara hörmətlə yanaşır. Allahın məni sevdiyinə və Onun gözündə dəyərli olduğuma əmin oldum» (Mariya, Argentina).
Emosional yaralarınızı necə sağalda bilərsiniz?
Ayə: «Dost var, qardaşdan yaxındır» (Məsəllər 18:24).
Mənası: Əsl dost sizə dayaq olacaq. Əgər düşünürsünüzsə ki, bunun sizə köməyi dəyə bilər, hisslərinizi etibar etdiyiniz bir kəslə bölüşün.
«Cinsi zorakılığa məruz qaldığımı 20 il heç kimə deməmişdim. Buna görə də bədbin, narahat və depressiv insana çevrilmişdim. Amma hisslərimi dinləməyə hazır olan biri ilə bölüşəndən sonra çiyinlərimdən böyük yük götürüldü» (Elif, Türkiyə).
Ayə: «Bütün qayğılarınızı [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).
Mənası: Siz dua edəndə Allah həqiqətən də sizi dinləyir (Zəbur 55:22; 65:2). O sizin qayğınıza qalır və nə qədər dəyərli olduğunuzu bilməyinizi istəyir.
«Yehova haqda öyrənmək dərin yaralarıma məlhəm oldu. İndi ürəyimi Allaha açıb hər dərdimi danışa bilirəm. O, hisslərimi başa düşən əsl dostdur» (Ana, Beliz).
Allah qadınlara qarşı bu cür münasibətə nə vaxtsa son qoyacaq?
Ayə: «Yehova,.. yetimə, əzilənə haqq qazandırarsan ki, torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın» (Zəbur 10:17, 18).
Mənası: Allah tezliklə qadınlara qarşı pis rəftar da daxil olmaqla, yer üzündən bütün ədalətsizliyi və zorakılığı yox edəcək.
«Yehovanın tezliklə qadınlara və qız uşaqlarına qarşı pis rəftara son qoyacağını bilmək yarama məlhəm oldu, mənə qəlb rahatlığı verdi» (Roberta, Meksika).
Müqəddəs Kitabda verilən ümid, bu ümidin nəyə görə etibarlı olduğu, eləcə də Yehovanın Şahidlərinin Müqəddəs Kitab vasitəsilə insanlara necə kömək əli uzatdığı haqda daha çox öyrənmək üçün bu məqaləni sizə verən şəxsdən sizə ziyarət edilməsini xahiş edin.
a Adlar dəyişdirilib.
b «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.