OYAQ QALIN!
Tanınmış mütəxəssis sosial medianın gənclərə təsiri barədə həyəcan təbili çalır. Müqəddəs Kitabda bu barədə nə deyilir?
23 may 2023-cü ildə ABŞ-da tanınmış səhiyyə mütəxəssisi sosial medianın gənclərin çoxuna mənfi təsir etdiyi barədə ictimaiyyəti xəbərdar edib.
«Düzdür, uşaqlar və yeniyetmələr sosial mediadan fayda da əldə edə bilərlər, amma araşdırmalar göstərir ki, sosial media onların psixoloji sağlamlığına və ümumilikdə əhval-ruhiyyəsinə pis təsir edir» («Social Media and Youth Mental Health: The U.S. Surgeon General’s Advisory, 2023»).
Rəydə gətirilən tətqiqatların nəticələri narahatlıq üçün səbəb yaradır.
Sosial mediada gündə 3 saatdan çox vaxt keçirən 12—15 yaşlı yeniyetmələrin «depressiya və təşviş pozuntusu da daxil olmaqla, psixoloji problemlərdən əziyyət çəkmə riski başqalarından iki dəfə çoxdur».
Sosial mediadan saatlarla istifadə edən 14 yaşlı yeniyetmələr «yuxusuzluq, onlayn təcavüz, inamsızlıq və depressiyadan daha çox əziyyət çəkirlər. Bu cür problemlər qızlar arasında daha geniş yayılıb».
Valideynlər övladlarını bu təhlükələrdən necə qoruya bilərlər? Müqəddəs Kitabda buna dair praktiki məsləhətlər var.
Valideynlər nə edə bilər?
Məsuliyyətli yanaşın. Övladınıza sosial mediadan istifadə etməyə icazə verməzdən əvvəl təhlükələri nəzərdən keçirin.
Müqəddəs Kitab prinsipi: «Uşağa düzgün yolu öyrət» (Məsəllər 22:6).
Əlavə məlumat üçün «Uşağıma sosial şəbəkələrdən istifadə etməyə icazə verim?» adlı məqaləni oxuyun.
Əgər icazə vermək qərarına gəlmisinizsə, təhlükələri sezməyə çalışın və gözünüz uşağınızın üstündə olsun. Bunu necə edə bilərsiniz?
Övladınızı təhlükəli məlumatlardan qoruyun. Uşağınıza zərərli məlumatları ayırd etməyi və onlardan qaçınmağı öyrədin.
Müqəddəs Kitab prinsipi: «Əxlaqsızlığın, hər cür natəmizliyin, acgözlüyün adını belə, çəkməyin... Həmçinin aranızda abırsız hərəkətlərə, axmaq söhbətlərə və ədəbsiz zarafatlara yer verməyin (bunlar nalayiq şeylərdir)» (Efeslilərə 5:3, 4).
Praktiki məsləhətlər üçün «Yeniyetmə övladınıza sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrədin» adlı məqaləni oxuyun.
Sərhəd qoyun. Məsələn, uşağınızın sosial mediadan nə vaxt və nə qədər istifadə edəcəyinə dair qaydalar qoyun.
Müqəddəs Kitab prinsipi: «Diqqətli olun,.. müdriklər kimi hərəkət edin və... vaxtınızın qədrini bilin» (Efeslilərə 5:15, 16).
Sərhədlər qoymağın vacibliyini övladınıza başa salmaq üçün «Sosial şəbəkədən istifadə edərkən ayıq ol» adlı qələm animasiyasına baxın.