Təcrid olunsanız da, həyat davam edir
Ola bilsin, özünüzü dünyadan təcrid olunmuş və tənha hiss edirsiniz. Əgər belədirsə, yəqin məzmurçunun keçirdiyi hisslər sizə tanışdır. O demişdi: «Damda oturan tənha quş kimiyəm» (Zəbur 102:7). Müqəddəs Kitabın səhifələrindəki hikmətli məsləhətlər sizə təcridin yaratdığı çətinliklərə tab gətirməyə kömək edə bilər.
Allaha yaxın olun
Allaha olan ehtiyacınızın fərqinə varsanız və bu ehtiyacı təmin etsəniz, hətta təcriddə olanda da xoşbəxtlik tapa bilərsiniz (Mətta 5:3, 6). Növbəti üsullar sizə kömək edə bilər.
Asan dildə yazılmış və dəqiq tərcümə olunmuş onlayn Müqəddəs Kitab
Müqəddəs Kitabın əsas təlimlərindən bəziləri haqda qısa videolar
«Müqəddəs Kitaba aid suallara cavab» — Tez-tez verilən suallara birbaşa cavablar
«İman örnəkləri» — Bu silsilə məqalələrdə Müqəddəs Kitabdakı mömin kişi və qadınların həyatından danışılır
«Təkamül, yoxsa yaradılış möcüzəsi?» — Bu silsilə məqalələrdə təbiətin gözəlliyindən və mürəkkəbliyindən danışılır
Müqəddəs Kitabdan təskinlik verən ayələri oxuyun
Bu ayələr çoxlarına təskinlik verir. Bir dəfəyə bir neçə parçanı oxumaqdansa, yaxşı olar ki, təcrid vaxtı fürsətdən istifadə edib hər parçanın üzərində dərindən düşünəsiniz və dua edəsiniz (Mark 1:35).
Dünyada baş verən hadisələrin səbəbini öyrənin
Pis hadisələrin nəyə görə baş verdiyini və Allahın onları necə aradan qaldıracağını bilsəniz, çətin vəziyyətə dözmək nisbətən asan olacaq (Əşiya 65:17).
Yersiz yerə narahat olmayın
Növbəti mövzulara aid məqalələr sizə təcridin yaratdığı stressin öhdəsindən gəlməyə və qayğı çəkməməyə kömək edə bilər (Mətta 6:25).
Dostluq bağlarını möhkəmləndirin
Dostluq münasibətləri insanın əqli və emosional sağlamlığına müsbət təsir göstərir. Xüsusən də üz-üzə görüşmək çətin olanda dostluğun rolu əvəzedilməzdir. Təcrid olunub evdə qalmaq məcburiyyətində olanda videokonfrans vasitəsilə və ya zəng edərək dostlarınızla ünsiyyət edin, yaxud da yeni dostluqlar qurun. Növbəti məqalələr sizə əsl dostlar tapmağa və əsl dost olmağa kömək edə bilər (Məsəllər 17:17).
Fiziki aktivliyi qoruyun
Müqəddəs Kitabda deyilir ki, fiziki məşq faydalıdır (1 Timutiyə 4:8). İdman xüsusən də təcrid günlərində aydın düşünməyə, özünüzü gümrah hiss etməyə kömək edə bilər. Evdən çıxa bilməsəniz də, aktiv qalmaq üçün nəsə edə bilərsiniz.