Tənhalıq epidemiyası. Onunla necə mübarizə apara bilərsiniz?
«ABŞ-də yetkinlik yaşına çatmış insanların təxminən yarısı tənhalıqdan əziyyət çəkir. Onların böyük əksəriyyəti gənclərdir» («Tənhalıq və özünütəcrid epidemiyamız. ABŞ-nin Baş cərrahının ictimai əlaqələrin və cəmiyyətin müalicəvi təsirinə dair tövsiyələri, 2023»).
«[Ümumdünya Səhiyyə Təşkilatı] sağlamlıq üçün ciddi təhlükə yaradan amilləri aradan qaldırmaq, ictimai əlaqələri genişləndirmək və görülən tədbirləri gəlirindən asılı olmayaraq bütün ölkələrdə tətbiq etmək üçün ictimai əlaqələr üzrə yeni komissiya yaradıb» (Ümumdünya Səhiyyə Təşkilatı, 15 noyabr 2023).
Müqəddəs Kitabda insanlarla yaxşı münasibət qurmağa və tənhalıqla mübarizə aparmağa kömək edən məsləhətlər var.
Dadımıza çatan Müqəddəs Kitab prinsipləri
Sizi başqalarından təcrid edən işlərlə az məşğul olun. Bu cür məşğuliyyətlərə sosial mediadan həddən artıq istifadə də daxildir. Çalışın insanlarla üz-üzə görüşüb vaxt keçirəsiniz. Bu sizə kömək edəcək ki, möhkəm dostluq münasibətləri qurasınız.
Müqəddəs Kitab prinsipi: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).
İnsanlara kömək etmək üçün fürsət axtarın. Başqalarına kömək etmək təkcə münasibətlərimizi möhkəmləndirmir, həm də bizi xoşbəxt edir.
Müqəddəs Kitab prinsipi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).
Möhkəm dostluq qurmaq haqqında Müqəddəs Kitabda yazılmış faydalı məsləhətlər barədə daha çox öyrənmək üçün saytımızla tanış olun.