Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Kələm ağ kəpənəyinin V-şəkilli duruşu

Kələm ağ kəpənəyinin V-şəkilli duruşu

 Hər hansı bir kəpənək uça bilmək üçün günəş istiliyinə möhtacdır. Çünki uçuş zamanı istifadə edəcəyi əzələlər əvvəlcədən isinməlidir. Amma kələm ağ kəpənəyinin əzələləri buludlu günlərdə digər kəpənəklərdən daha tez isinir və onlar uçuşa daha tez hazır olur. Bəs bu nəyin sayəsində mümkün olur?

 Düşünün: Çoxlu müxtəlif kəpənəklər uçmadan əvvəl qanadlarını bağlı saxlayaraq və ya horizontal şəkildə açaraq günəşin altında qızınırlar. Amma kələm ağ kəpənəyi V-şəklində poza alır. Araşdırma göstərib ki, kəpənək ən optimal istiliyə nail olmaq üçün hər qanadı təxminən 17 dərəcə açmalıdır. Bu poza günəş enerjisini birbaşa onun döş qəfəsindəki uçuş əzələlərinə yığır. Nəticədə, əzələlər uçmağa hazır olacaq dərəcədə isinir.

 İngiltərənin Ekseter Universitetinin tədqiqatçıları kəpənəyin V-şəkilli pozasını təqlid edərək, günəş panelinin daha effektiv olması üçün nə edə biləcəklərini araşdırdılar. Bunu edərkən istehsal olunan güc miqdarının təxminən 50 faiz artdığını gördülər.

 Tədqiqatçılar həmçinin gördü ki, kəpənəyin qanadının səthi son dərəcə reflektivdir. Onlar V-şəkilli pozanı və reflektiv qanad strukturunu təqlid edərək daha işıqlı və səmərəli günəş paneli istehsal ediblər. Bu nəticələrə görə tədqiqat qrupunun üzvü Professor Riçard frenç-Konstant kələm ağ kəpənəyini «günəş enerjisini yığan mütəxəssis» adlandırıb.

 Necə fikirləşirsiniz? Kələm ağ kəpənəyinin V-şəkilli pozası təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?