Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Dost hər zaman sevər» (Məsəllər 17:17)

«Dost hər zaman sevər» (Məsəllər 17:17)

«Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17, «Yeni Dünya Tərcüməsi»).

«Dost hər zaman sevər, qardaş dar gün üçün doğular» (Məsəllər 17:17, Müqəddəs Kitab şirkəti, 2009).

Məsəllər 17:17 ayəsinin mənası

 Əsl dostlar etibara layiqdirlər. Onlar doğma bacı-qardaş kimi sadiq və qayğıkeşdirlər, xüsusilə də çətin vaxtlarda.

 «Əsl dost hər zaman sevər». Bu sözləri belə də tərcümə etmək olar: «Dostlar həmişə məhəbbətlərini təzahür etdirirlər». Burada «məhəbbət» mənasını verən ibrani sözü bir insana qarşı hiss edilən duyğudan daha artıqdır. Bu, əməllərdə göstərilən təmənnasız məhəbbətdir (1 Korinflilərə 13:4—7). Aralarında bu cür məhəbbət telləri olan dostlar, hətta anlaşılmazlıq yarananda və ya sınaqlarla üzləşəndə belə bir-birlərinin yanında olurlar. Onlar həmişə bağışlamağa hazırdırlar (Məsəllər 10:12). Əsl dost yoldaşının işləri yaxşı gedəndə ona paxıllıq etmir, əksinə, dostuna görə sevinir (Romalılara 12:15).

 «Əsl dost... dar gün üçün doğulmuş qardaşdır». Adətən, bacı-qardaşlar arasında güclü bağ olur. Dostumuzun çətin vaxtlarında ona kömək etmək üçün əlimizdən gələni edəndə biz doğma bacı-qardaşlar kimi davranmış oluruq. Dostlar arasındakı bu bağı sınaqlar belə zəiflədə bilməz. Əksinə, məhəbbət və hörmət sayəsində bu bağ daha da möhkəmlənir.

Məsəllər 17:17 ayəsinin konteksti

 «Məsəllər» kitabında oxucunu düşünməyə təşviq edən yığcam formada yazılmış çoxlu hikmətli kəlmələr var. Bu kitabın əksər hissəsini Süleyman padşah yazıb. Onun yazı üslubu ibrani poeziyasına xasdır. Orada qafiyələr əvəzinə, oxşar və paralel fikirlərdən, ya da bir-birinin əksi olan və təzad yaradan fikirlərdən istifadə olunur. Məsəllər 17:17 ayəsində bunu yaxşı görmək olar. Burada ayənin ikinci hissəsindəki fikir birinci hissədəki fikri daha da gücləndirir. Məsəllər 18:24 ayəsində isə bir müqayisəni görmək olar. Orada yazılıb: «Yoldaşlar var bir-birini didməyə hazırdır, amma dost var, qardaşdan yaxındır».

 Bəlkə də, Məsəllər 17:17 ayəsini yazanda Süleymanın gözündə atası Davudun Talut padşahın oğlu Yonatan ilə möhkəm dostluğu canlanmışdı (1 İşmuil 13:16; 18:1; 19:1—3; 20:30—34, 41, 42; 23:16—18). Davudla Yonatan qohum olmasalar da, doğma qardaşdan da yaxın idilər. Yonatan gənc dostuna görə hətta həyatını riskə atmışdı a.

 Bu qısa videoya baxın və «Məsəllər» kitabı ilə tanış olun.

a «Yonatanın qəlbi Davuda bağlandı» məqaləsini oxuyun.