Müqəddəs Yazılarda Allahın fikirləri yazıldığını göstərən hansı əsasları gətirmək olar?
Müqəddəs Yazıların cavabı
Müqəddəs Yazıları qələmə alan müqəddəs bəndələr özləri qeyd edirlər ki, bunu onlara Allahın özü tapşırıb. Məsələn:
Davud peyğəmbər yazır: «Rəbbin Ruhu mənim vasitəmlə söylədi, Onun sözü dilimin ucundadır» (2 Şamuel 23:1, 2).
Yeşaya adlı peyğəmbər ona göstərişin kim tərəfindən verildiyini söyləyir: «Xudavənd Ordular Rəbbi belə dedi» (Yeşaya 22:15).
İsa peyğəmbərin şagirdi həvari Yəhya da ona verilən vəhyin mənbəyini aydın şəkildə göstərir: «İsa Məsihdən gələn vəhy. Allah bu vəhyi İsaya verdi...» (İncil, Vəhy 1:1).